BolgeXeber.Com » Xəbərlər » “Azərsu” şefinin Beyləqandakı kadrından özbaşınalıq

“Azərsu” şefinin Beyləqandakı kadrından özbaşınalıq

22-06-2015, 13:03
Oxunub: 3 470 “Azərsu” şefinin Beyləqandakı kadrından özbaşınalıqBeyləqan rayon sakinlərinin su məşəqqəti bitmək bilmir

Kərbəla çölünə çevrilən rayonda əhaliyə müsibət yaşadırlar.

Bu problemdən yazmağımıza baxmayaraq, hələ də dəyişməz olaraq qalmaqdadır. TİA.AZ-ın elektron poçtuna məktub yazan yerli sakinlər qeyd edirlər ki, “Azərsu” ASC-nin rəhbəri Qorxmaz Hüseynov yerli idarə rəisi Novruz Şirinovun fəaliyyətini araşdırmalıdır.

Onların sözlərinə görə, Beyləqan rayon Su İdarəsi su xətlərinin xeyli hissəsinə heç bir səbəb göstərilmədən su verilmir. Su İdarəsinin müdiri Novruz Şirinov və işçiləri sayğac olmayan evlərdən hər ay pul yığırlar və suyu da həmin küçələrə verirlər.
Sakinlər tələb edirlər ki, Şirinovun ac fəaliyyəti haqda “Azərsu” ASC-yə müraciət olunub. Lakin görünür, onu himayə edən gizli əl var. Əhali isə yayın anomal istilərində susuzluqdan əziyyət çəkir. Rayona içməli su ya fasilələrlə verilir, ya da verilmir. Rayonun bir hissəsi susuzluqdan dad edir, bir hissəsində isə içməli su ilə bostan suvarılır.

Vətəndaşlar bildirirlər ki, məsələ ilə bağlı dəfələrlə “Azərsu” ASC-nin “qaynar xətti”nə şikayət ediblər. Ancaq su idarəsinin işçiləri hər dəfə müxtəlif bəhanələr gətirərək vəziyyətdən çıxmağa çalışıblar. Sakinlər bildirirlər ki, əslində idarə işçilərinin bəhanələri sayğac olmayan evlərdən yığdıqları beş manatdır.
Su idarəsinin hər ay sayğac olmayan evlərdən yığdığı su pulunun məbləği ay ərzində 7-8 min manat arasında dəyişir. Rayon Su İdarəsinin müdiri Novruz Şirinov və bəzi əməkdaşları bu qanun pozuntusunu davam etdirirlər. Mövzunu diqqətdə saxlayacağıq.
BOLGEXEBER.COM