Hacı İbrahim qohumunun intiharından danışdı - "Onun borcu yox idi"...
22-06-2015, 13:10
Oxunub: 3 640
Məzahir Cəfərov baş verənlərlə bağlı çox fikir edirdi
Həssas insan idi və bu səbəbdən baş verənləri ürəyinə salırdı.Buna görə də, sağalmaz xəstəliyə tutulmuşdu”.
Bu sözləri məşhur iş adamı Hacı İbrahim Nehrəmli yaxın qohumunun intihar etməsinə münasibət bildirərkən deyib. Biznesmenin sözlərinə görə, qohumu xəstəliyə düçar olduğu üçün çox sarsılmışdı.
“Beynində pis xassəli şiş vardı. Bilirdi ki, xəstəliyi müalicəsizdir. Öləcəyini bilirdi və ona görə də, tez bir zamanda problemlərini həll etmişdi. Onun şərikilə tikdirdiyi binalardakı mənzilləri bir neçə nəfərə satmışdılar. Artıq onlar problemi həll etmişdilər. Onun borcu yox idi”, - deyə Hacı İbrahim Nehrəmli bildirib.
Onun sözlərinə görə, Məzahir Cəfərov beyin xərçəngi olduğunu biləndən sonra çox sarsılıbmış və özünə gələ bilmirmiş.
“Məzahir Cəfərov evli idi, 2 qızı yetim qaldı”, - deyə Hacı İbrahim Nehrəmli vurğulayıb.
Qeyd edək ki, Məzahir Cəfərovun adı bir müddət əvvəl mətbuatda hallanmışdı. Bildirilirdi ki, tikinti dələduzluğuna, bir mənzilin bir neçə nəfərə satılmasına görə, Məzahir Cəfərov həbs edilib, Sahib İbrahimov isə hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Bu hadisə İbrahimovun şəriki İlham Qasımovla apardığı məhkəmə prosesində uduzmasından sonra baş vermişdi. Ali Məhkəmənin qərarına əsasən, İbrahimovun Rövşən Əliyev küçəsində tikdiyi 24 mərtəbəli 4 bina İlham Qasımova verilmişdi.
Məlumat üçün bildirək ki, bu binaları “Galaxy Palace” şirkəti tikirdi. İstintaq zamanı 8 milyon yeyintinin olduğu aşkarlanmışdı.
Özünü asan Məzahir Cəfərov Diasporla İş Üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun qaynı, Hacı İbrahim Nehrəmlinin yaxın qohumudur.( anspress)
BOLGEXEBER.COM
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 25-03-2024, 17:47 : Zamiq Hüseynov: “Kiminsə sözü məni narahat etmir”
Şou-Biznes / Xəbərlər