BolgeXeber.Com » Xəbərlər » Turistlər Bakıda ağır avtoqəzaya düşdü: 3 ölü, 5 yaralı (FOTO)

Turistlər Bakıda ağır avtoqəzaya düşdü: 3 ölü, 5 yaralı (FOTO)

23-06-2015, 16:41
Oxunub: 3 976 Turistlər Bakıda ağır avtoqəzaya düşdü: 3 ölü, 5 yaralı (FOTO) Bakının Heydər Əliyev prospektində baş verən yol qəzasında 3 nəfər ölüb

APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, "Ford Tranzit” markalı avtomobil "Mercedes” markalı maşınla toqquşub. Nəticədə 3 nəfər ölüb, 2 nəfər yaralanıb. Hazırda ölən və yaralananların adları dəqiqləşdirilir.

****
Bir neçə dəqiqə əvvəl Bakıda Heydər Əliyev prospektində ağır avtomobil qəzası baş verib.Daxil olan məlumata görə, 2 avtomobilin toqquşması nəticəsində azı 2 nəfər ölüb, 5 nəfər yaralanıb. Avtomobillərdən birində əcnəbilər olub.
Məlumata görə, ölənlərdən biri İngiltərə vətəndaşı, digəri isə azərbaycanlı sürücüdür.

Hadisə yerinə xilasedicilər və təcili tibbi yardım avtomobilləri cəlb olunub.