BolgeXeber.Com » Xəbərlər » Gədəbəy rayon Maliyyə İdarəsində xoşagəlməz hallar

Gədəbəy rayon Maliyyə İdarəsində xoşagəlməz hallar

24-06-2015, 12:10
Oxunub: 3 511 Gədəbəy rayon Maliyyə İdarəsində xoşagəlməz hallarNamiq Məmmədov rayon sakinlərinin vəziyyətini çətinləşdirib

Bu gün bölgələrdə vəziyyət qənaətbəxş deyil. bir sıra məmurların məsuliyyətsizliyi, özbaşınalığı, qanunsuz əməlləri ucbatından rayon sakinlərinin vəziyyətini daha da kritikləşdirir. Sakinlər bu cür halların qarşısını almaq üçün müvafiq qurumlara müraciət etsələr də, heç bir faydası olmur. Məmurların əksəriyyəti ölkə qanunlarına məhəl qoymur. Öz qanunlarıyla hərəkət edir.
Etibarlı mənbələrin bizə verdiyi məlumata görə, Gədəbəy rayon Maliyyə İdarəsində vəziyyət eynilə bu cürdür. Sözügedən qurumda neqativ hallar yaşanmaqdadır. Gədəbəy rayon Maliyyə İdarəsində baş verən qanunsuz hərəkətlər bitmək bilmir. İdarə müdiri Namiq Məmmədov üçün ilk nöbədə şəxsi maraqlar öndə dayanır. Öz maraqlarını təmin etmək üçün qanunun aliliyini kobud şəkildə pozur. Bütün bunlar isə rayon sakinləri tərəfindən narazılıqla qarşılanır. İdarə müdiri vəzifə başınd aolarkən bir sıra qanunsuz əməllərə yol verib. Rayonun yerli idarə və təşkilatlarının rəhbərləri Namiq Məmmədovun tələblərindən cana yığılıblar. etibarlı mənbələrin verdiyi məlumata görə, Namiq Məmmədov rayonda ən imkanlı şəxslərdən biridir. Mənbə bildirir ki, idarə rəisi müxtəlif yollarla əldə etdikləri hesabına bu gün rayonun sayılıb-seçilən şəxslərindəndir. Rayonun acınacaqlı duruma düşməsinə səbəb Namiq Məmmədovdur. Deyilənə görə, Gədəbəy maliyyə sistemi iflic vəziyyətinə düşüb. Rayona ayrılan büdcə vəsaitlərinin taleyi məlum deyil. İdarə rəisi dövlətin büdcəsinə külli miqdarda ziyan vurub. İdarə müdiri qanun pozuntularına yol verir. Lakin bütün bunlara baxmayaraq, bu şəxsi durduran yoxdur. Rayonda bir sıra vəzifəli şəxslər bilirlər ki, Namiq Məmmədov dövlət büdcəsinə hansı formada ziyan vurur. Lakin idarə rəisinə gözün üstündə qaşın var deyən yoxdur. Bu da ondan irəli gəlir ki, Məmmədovu himayə edən şəxs aşağı təbəqənin adamı deyil.
Bundan başqa, idarə rəisi "Dövlət büdcəsi haqqında" Qanuna uyğun olmayan hərəkətlərə yol verir. Adıçəkilən qanuna görə, büdcə təşkilatları ən azı üç ildən bir yoxlanılmalıdır. Lakin Gədəbəy Rayon Maliyyə İdarəsinin rəisi qanunun bu müddəasını kobud şəkildə pozaraq ildə bir dəfə deyil, bir neçə dəfə yolunu həmin təşkilatlardan salır. Bir çox təşkilatlarda isə heç bir yoxlama aparmır. Yoxlama əvəzinə bəzi büdcə təşkilatlarından nəsə tələb edir. Bu da həmin təşkilatlardakı qanun pozuntularının aşkar olunmasıyla əlaqədardır. Bundan əlavə, idarə rəisi işçilərin əmək haqlarını vaxtlı-vaxtında vermir. Bu da işçilərin haqlı narazılığına əsas yaradır. Lakin işsizlik ucbatından işçilər haqlarını tələb edə bilmirlər. Bilirlər ki, haqq səslərini ucaltsalar, idarə rəisinin qəzəbinə tuş gələcəklər. Onları işdən qovacağıyla hədələyəcək. Ona görə də hazırda Gədəbəy Rayon Maliyyə İdarəsində vəziyyət dözülməz həddə çatıb. Hesab edirik ki, müvafiq orqanlar bu məsələni diqqətə alaraq, lazımi tədbirlər görəcək. gundelik-baku.com
Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc edə bilərik.