“Mənə xəyanət etdi”-öldürülən transseksualın qatili danışdı(FOTO)
24-06-2015, 14:41
Oxunub: 8 010
Bakının Səbail rayonu, Axundov bağının yaxınlığındakı mənzildə qətlə yetirilən 1988-ci il təvəllüdlü Dəmirova Ayla Altay qızını qətlə yetirən şəxs saxlanılıb
Səbail Rayon Polis İdarəsi 9-cu Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat zamanı 1995-ci il təvəllüdlü Əliyev Şahlar Həmid oğlu tutularaq istintaqa təqdim edilib. Onun barəsində Səbail Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin (CM) 120.1 (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə cinayət işi başlanılıb.Hadisə zamanı daha iki nəfər xəsarət aldığından, istintaqın gedişi zamanı Ş.Əliyevə CM-də nəzərdə tutulan daha ağır maddələrlə ittiham elan ediləcəyi istisna edilmir. Cinayəti törədən şəxslə qətlə yetirilən A.Dəmirova sevgili olublar. Ş.Əliyev ifadəsi zamanı A.Dəmirovanı ona dostu ilə birlikdə xəyanət etdiyinə görə qısqanclıq zəminində qətlə yetirdiyini bildirib.Qeyd edək ki, qətlə yetirilən Ayla Dəmirova keçən ay mətbuatın gündəminə avtomobil qəzası törətməsi ilə gəlib. Həmin vaxt məlum olmuşdu ki, o, əvvəllər Dəmirov Hətəmpaşa Altay oğlu olub, lakin sonradan cinsini və şəxsiyyət vəsiqəsində adını dəyişdirib.
BOLGEXEBER.COM


Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər