BolgeXeber.Com » Xəbərlər » Vaqif Abdullayevin qoçusu camaatı cana doydurdu

Vaqif Abdullayevin qoçusu camaatı cana doydurdu

26-06-2015, 15:48
Oxunub: 3 639 Vaqif Abdullayevin qoçusu camaatı cana doydurduBeyləqan rayonunda baş verən qanunsuzluqlar haqqında dəfələrlə yazmışıq

Bu dəfə rayondan cumhuriyyet.az-a verilən məlumata görə rayon icra başçısı Vaqif Abdullayev rayonda psixi xəstə olan Anar Zeynalov adlı şəxsin əli ilə rayon məmurlarını və vətəndaşlarına hədə qorxu gəlir. Mənbə bildirir ki, Anar Zeynalov adlı şəxs hər yerdə özünü Yeni Azərbaycan Partiyasının üzvü kimi qələmə verərək, dövlət başçısı və icra başçısı adından vətəndaşları təhdidi edir.
Məsələnin maraqlı məqamlarından biri isə A.Zeynalov adlı şəxsin son zamanlar məmurlarla bərabər adi vətəndaşlara və sahibkarlara şantaj yolu seçməsidir.Baş verənlərlə bağlı cumhuriyyet.az-ın elektron poçtuna göndərilən məlumatda deyilir: “Avtomobilin üstünə qəzet vəsiqəsini yapışdıran bu zat Beyləqan bazarında və küçələrdə obyekt sahiblərini açıq aşkar Fövqalədə Hallar nazirliyinin, Vergilər nazirliyinin, Baytarlıq xidmətinin və digər qurumların adı ilə qorxudaraq onlardan hesab ayda hesab alır. Adı çəkilən şəxs qeyd etdiyimiz qurumlara yalan iftira, heç nəyə əsaslanmayan şikayət ərziləri yazaraq qurumların yerli şöbəsini sahibkarlara obyekt sahiblərinə qarşı qaldırır. Dəfələrlə vətəndaşlar bu problemlə bağlı rayon icra başçısı Vaqif Abdullayevə şikayət etsələr də sonda heç bir nəticə olmayıb. İcra başçısı vətəndaşlara deyir ki, Anar Zeynalovun xəstəliyi ilə bağlı sənədlər hazırlanaraq aidiyyatı qurumlara göndərilib və bu məsələ artıq bizlik deyil”.
Redaksiyamızın elektron ünvanına göndərilən məlumatda deyilir ki, əslində Vaqif Abdullayev vaxtı ilə Anar Zeynalova himayədarlıq edirdi.Onun əli ilə rayondakı büdcə təşkilat rəhbərlərini şantaj edərək, həmin məmurlar haqqında yuxarı instansiyalara müxtəlif şikayət məktubları göndərirdi. Göndərilən məktublarda isə adətən məmurların obyektləri, torpaq sahələri və maliyyə maxinasiyaları ilə bağlı təfsilatlı məlumatlar yer alırdı. Ancaq indi Anar Zeynalov məsələsi artıq pik həddə çatdığı üçün Vaqif Abdullayev onun arxasında əl çəkmək məcburiyyətində qalıb. Beyləqan rayonunda artıq əhalinin vəziyyəti son həddədir. Əgər Vaqif Abdullayev Anar Zeynalovun qarşısın almasa Beyləqanda İsmayılı və Quba hadisələri təkrarlanacaq.
Vaqif Abdullayevin qoçusu camaatı cana doydurdu
Vaqif Abdullayevin qoçusu camaatı cana doydurdu