BolgeXeber.Com » Xəbərlər » 26 iyun – Silahlı Qüvvələr Günü münasibətilə silsilə tədbirlər keçirilib- Tərtərdə

26 iyun – Silahlı Qüvvələr Günü münasibətilə silsilə tədbirlər keçirilib- Tərtərdə

26-06-2015, 18:20
Oxunub: 9 114 26 iyun – Silahlı Qüvvələr Günü münasibətilə silsilə tədbirlər keçirilib- Tərtərdə26 iyun – Silahlı Qüvvələr Günü münasibətilə Tərtər rayonunda yerləşən “N” saylı hərbi hissədə bayram tədbiri keçirilmişdir

Tədbiri Hərbi Hissə komandiri polkovnik Fuad Mirzəyev açmış, Silahlı Qüvvələr günü münasibətilə xalqımızı və hərbi hissənin əsgər və zabitlərini təbrik etmiş, onlara möhkəm cansağlığı, ailə xoşbəxtliyi və torpaqlarımızın erməni işğalından azad olunması, Vətənimizin və Ölkəmizin sərhədlərinin qorunması sahəsindəki fəaliyyətlərində uğurlar arzulamışdır. Sonra sözü Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədova vermişdir. Rayon rəhbəri də hərbi hissənin əsgər və zabitlərini təbrik etmiş, çətin və şərəfli işlərində uğurlar arzulamış, bildirilmişdir ki, Ümummilli Liderimiz Heydər Əliyevin ordu quruculuğu sahəsində dövlət siyasətinin nəticəsi olaraq son illərdə Silahlı Qüvvələrimiz bütün qoşun növləri üzrə inkişaf edərək möhkəmlənmiş, ordumuzun maddi-texniki bazası gücləndirilmiş və döyüş qabiliyyəti artırılmışdır. Ulu Öndər Heydər Əliyev orduya hər kəsin qayğı göstərməsini tövsiyə etmişdir.

Ulu Öndər Heydər Əliyevin siyasi kursu bütün sahələrdə olduğu kimi, ordu quruculuğu sahəsində də möhtərəm prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanda iqtisadi inkişafın sürətlənməsi ölkəmizin təhülkəsizlik və müdafiə potensialının möhkəmlənməsinə bilavasitə təsir göstərmiş, Silahlı Qüvvələrdə modern islahatlar aparmağa imkan vermiş, ordunun maddi-texniki bazasının möhkəmləndirilməsinə, eyni zamanda, hərbi qulluqçuların sosial rifahının daha da yaxşılaşdırılmasına səbəb olmuşdur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müntəzəm olaraq cəbhə bölgələrinə səfər edərək əsgər və zabitlərlə görüşlər keçirməsi, xidmətdə fərqlənən hərbi qulluqçulara Vətənin mükafatlarını təqdim etməsi Silahlı Qüvvələrimizin şəxsi heyətində böyük ruh yüksəkliyi yaratmış və onları torpaqlarımızın işğaldan azad olunmasında yeni-yeni mübarizələrə ruhlandırmışdır.

Sonra əskər bacısı, Qaradağlı kənd sakini Ülviyyə Abdullayeva da çıxış edərək əskərlərimizi təbrik etmiş, əskər ailələrinə, o cümlədən ərazi bütövlüyümüz uğrunda canlarından keçən mərd oğullara, onların ailələrinə, Qarabağ Müharibəsi veteranlarına göstərilən diqqət və qayğını dilə gətirərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz minnətdarlığını bildirmişdir.

Tədbirdə hərbi hissənin komandiri tərəfindən xidmətdə fərqlənən əskərlərin ailələrinə təşəkkür məktubları göndərilmiş və Tərtər Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən xidmətdə fərqlənən əsgər və zabitlərə qiymətli hədiyyələr verilmişdir.

Tədbirin sonunda “Tərtər” xalq özfəaliyyət kollektivinin iştirakı ilə konsert proqramı olmuş, sonra rayon rəhbəri bir qrup rayon gənci ilə birlikdə əskərlərin məişət şəraiti ilə tanış olmuşdur.
BOLGEXEBER.COM