BolgeXeber.Com » Xəbərlər » Beyləqan meri 150 min manatı necə çıxardı? - Şok

Beyləqan meri 150 min manatı necə çıxardı? - Şok

30-06-2015, 17:37
Oxunub: 4 260 Beyləqan meri 150 min manatı necə çıxardı? - ŞokBeyləqanda Azil Aslanov tiraniyası hökm sürür

BOLGEXEBER.COM xəbər verir ki, şəhər Ərazi İnzibati nümayəndəsi Azil Aslanov meydan sulayır. Vaqif Abdullayev Beyləqana icra başçısı təyin olunduqdan sonra keçmiş Kommunal Təsərrüfat İdarəsinin müdiri bölgədə hökmranlıq əldə edib. Hətta məktəblərdən belə pulu Beyləqan şəhər Ərazi İnzibati nümayəndəsi yığır.
Reportyor.TV-yə daxil olan məlumata görə, Azil Aslanov Patallar, Eyvazalılar, Binnətli, Əlləzərli və bir çox başqa kəndlərin məktəb direktorlarını yanına çağırıb. O, Beyləqanın abadlaşdırılması üçün hər birindən 5 min manat istəyib. A.Aslanov pulu məktəb direktorlarından başçının adıyla tələb edib. Məktəb direktorları isə öz növbələrində bu pulu müəllimlərin maaşlarında tutmağa qalxıblar.
Rayonun daxili büdcəsindən Ərazi İnzibati nümayəndəliyinin hesabına bir neçə ay əvvəl 150 min manat köçürülüb. Məqsəd Beyləqanın 9 küçəsində abadlıq və yollarda yenidənqurma işləri aparmaq olub. Amma bu pul ortadan yoxa çıxıb.
Layihə ilə bağlı bir neçə ay əvvəl tender keçirilib. Tenderin qalibi Azil Aslanova məxsus olduğu bildirilən, lakin heç kimin adını belə bilmədiyi bir şirkət olub. Həmin şirkətin adını isə Azil Aslanov dövlət sirri kimi qoruyur. Nəzərdə tutulan işlərin isə heç biri görülməyib. Qeyb olan 150 min manatın yerini doldurmaq üçün məktəb direktorlarından, idarə və müəssisə rəhbərlərindən pul toplamağa başlanıb. A.Aslanovun başçı ilə birgə dövlətin pulu talaması yetmir, Beyləqandakı bütün dükanları alkopanla üzlədir. Bu işi məhz A.Aslanova məxsus olan şirkət həyata keçirməlidir. Dükan sahibləri hər kvadratmetr üçün 42 manat ödəməlidir. Mövzunu diqqətdə saxlayacağıq.