Köçkünlər ev tələbi ilə etiraz aksiyası keçirdi - Mingəçevirdə
29-06-2015, 19:52
Oxunub: 5 416
Məcburi köçkünlər bu gün Mingəçevirdə etiraz aksiyası keçiriblər
Bu barədə virtualaz.org saytına Mingəçevir Valideynlər Assosiasiyası İdarə Heyətinin üzvü Yeganə Nəbiyeva məlumat verib.
Y.Nəbiyevanın sözlərinə görə, Mingəçevirdə Kür çayının üstündən keçən körpüdə nəqliyyatın hərəkəti bir neçə saatlığa dayandırılıb. Köçkünlər onlara ev verilməsini tələb ediblər: “I Avropa Oyunlarının su-avarçəkmə ilə bağlı hissəsinin Mingəçevirdə keçirilməsi üçün Olimpiya kəndi salınmışdı. Oyunlardan sonra həmin evlərin məcburi köçkünlərə paylanması gözlənilirdi. Lakin say etibarilə bunun bütün köçkünlərə verilməsi mümkün deyil. Həmin evlərdə mənzil almaq istəyən köçkünlər isə körpüdə nəqliyyatın hərəkətini dayandırmağa cəhd göstərdilər. Piket polislərin müdaxiləsi ilə dağıdılıb”.
Mingəçevir Şəhər Polis Şöbəsindən virtualaz.org saytına xəbəri təsdiqlədilər: “Məcburi köçkün olan qadınlar toplanaraq ev almaq istədiklərini söylədilər. Biz isə onların istəkləri ilə bağlı Mingəçevir Şəhər İcra Hakimiyyətinə məlumat verdik. Bildirdik ki, polis ev vermir, evi “Qaçqınkom” verir, həmin ev də köçkünlər üçün tikilib, vaxtı çatanda komitə o mənzilləri paylayacaq. Qadınlar da bizi başa düşdülər və dağılışdılar”.
BOLGEXEBER.COM
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər