Baş Prokurorluğun nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edib
30-06-2015, 11:40
Oxunub: 956
Tədbir çərçivəsində iştirakçılar “Adolat” nəşriyyatı və “Tasviriy oyna” yaradıcılıq birliyinin informasiya materiallarının ekspozisiyası ilə yanaşı Əlişir Nəvahi adına Özbəkistan Milli kitabxanasının kitab fondunun hüquqi ədəbiyyat sərgisi ilə tanış olmuşlar
İyunun24-də Daşkənddə Özbəkistan Respublikası Baş Prokurorluğunun, Ali Məclisinin və BMT-nin İnkişaf proqramının Özbəkistandakı nümayəndəliyi tərəfindən təşkil olunmuş “Qəbul edilmiş qanunların icraçılara və əhaliyə çatdırılmasının beynəlxalq təcrübəsi: hüquqi tənzimləmə və praktiki amillər” mövzusunda beynəlxalq tədbir keçirilmişdir.
BOLGEXEBER.COM xəbər verir ki, Azərbaycan Respublikası Prokurorluğunu Baş Prokurorluğun Hüquqi təminat və informasiya idarəsinin rəisi Natiq Hüseynov və Beynəlxalq əlaqələr idarəsinin rəisi Erkin Əlixanov təmsil etmişlər.
İclasda qəbul edilmiş qanunların əhaliyə səmərəli çatdırılmasını, əhalinin hüquqtənzimləyici sahədə hüquqi şüuru və hüquqi mədəniyyətinin yüksəldilməsini təmin edən təşkilati-hüquqi mexanizmlərin gələcəkdə təkmilləşdirilməsi üzrə təcrübə mübadiləsi və təkliflərin hazırlanması məsələləri, həmçinin dövlət və qeyri-dövlət orqanları tərəfindən əhalinin hüquqi maarifləndirilməsinin rolu ətrafında geniş müzakirələr aparılmışdır.
Tədbirdə Özbəkistanın qanunverici palatasının deputatları və Ali Məclis Senatının üzvləri, Konstitusiya, Ali və yuxarı təsərrüfat məhkəmələrinin, insan hüquqları üzrə milli mərkəzin nümayəndələri, Özbəkistanda akkreditə olunmuş beynəlxalq təşkilatlar və diplomatik korpusun nümayəndələri, Baş Prokurorluq, nazirliklər və idarələrin nümayəndələri, o cümlədən Azərbaycan, Çin,Rusiya, ABŞ, Koreya, İspaniya, Latviya, Polşa vəVyetnamdan olan alim, mütəxəssis və ekspertlər iştirak etmişlər.
Baş Prokurorluğun idarə rəisi E.Əlixanov Azərbaycan Respublikasında normativ-hüquqi aktların müvafiq qaydada icrası məqsədilə rəsmi şəkildə ictimaiyyətə çatdırılmasının vacibliyi mövzusunda çıxış edərək ölkəmizdə bu sahədə görülmüş nəzəri və praktiki işlər barədə iştirakçılara geniş məlumat vermişdir.
İclas konstruktiv, qarşılıqlı maraq doğuran atmosferdə davam etdirilmiş, tədbirin sonunda qəbul edilmiş qanunların icraçılara və əhaliyə çatdırılmasının hüquqi tənzimlənməsinin gələcəkdə təkmilləşdirilməsinə yönəldilmiş mexanizmlər üzrə tövsiyələr nəzərdən keçirilmişdir.
Tədbir çərçivəsində iştirakçılar “Adolat” nəşriyyatı və “Tasviriy oyna” yaradıcılıq birliyinin informasiya materiallarının ekspozisiyası ilə yanaşı Əlişir Nəvahi adına Özbəkistan Milli kitabxanasının kitab fondunun hüquqi ədəbiyyat sərgisi ilə tanış olmuşlar.
BOLGEXEBER.COM
Çox Oxunanlar
- 13-02-2021, 17:48 : “Elektron su təsərrüfatı” informasiya sisteminin əsasnaməsi təsdiqləndi
Xəbərlər
- 4-03-2021, 18:28 : "İşğaldan azad olunmuş ərazilərimizə yeni nəfəs, yeni həyat qayıdır"
Xəbərlər
- 18-02-2021, 14:00 : Bələdiyyə sədrindən şəhid anasına: ” Allah bilir oğlun hansı dərədə ölüb “-Foto/Video
Gündəm
- 4-03-2021, 15:35 : Böyük Qələbə sayəsində Azərbaycan daha cəlbedici investisiya ölkəsinə çevrilib
Xəbərlər
- 17-02-2021, 17:14 : Tərtər İcra başçısı vaksinasiya prosesi ilə bağlı yaradılmış şəraitlə tanış olub
Gündəm
- 27-02-2021, 12:57 : Davud Atakişiyevin 41 yaşı tamam olur-TƏBRİKLƏR
Xəbərlər
- 4-03-2021, 18:16 : "Ali Baş Komandamız sayəsində inanırıq ki, tarixi qayıdışımız əbədi olacaq"
Siyasət
- 18-02-2021, 11:07 : Cavid Qurbanov ölkədən daha çox pul çıxarıb... - İTTİHAM
Xəbərlər
- 4-03-2021, 18:26 : Bakının məşhur hotelində 50 nəfərlik mərasim keçirilib, DİN açıqlama verdi - VİDEO
Xəbərlər
- 19-02-2021, 09:29 : İmişli kolxoz bazarında dəhşətli antisanitariya-Yerli camaat kömək istəyir(VİDEO)
Gündəm