BolgeXeber.Com » Xəbərlər » Abbas Abbasovun daha bir qardaşının həbsi xəbəri yayıldı... - Belə deyirlər...

Abbas Abbasovun daha bir qardaşının həbsi xəbəri yayıldı... - Belə deyirlər...

4-07-2015, 15:23
Oxunub: 1 107 Abbas Abbasovun daha bir qardaşının həbsi xəbəri yayıldı... - Belə deyirlər...Baş nazirin keçmiş 1-ci müavini Abbas Abbasovun digər qardaşı Həmid Abbasovun da həbs olunması xəbəri yayıldı

Bu barədə dia.az balansinfo.az-a istinad edərək bildirir ki, Gəncədəki məlumatlı mənbə sayta belə söyləyib. Həmid Abbasovun saxlanılmasının əsil səbəbi dəqiqləşdirilir. Ailəyə yaxın mənbəə bildirib ki, onu əvvəlcə Gəncə Polis İdarəsinə çağırıblar, xeyli sorğu-sual ediblər. İki gün sonra isə yenidən çağıraraq saxlayıblar.
Qeyd edək ki, Həmid Abbasov Gəncə Telefon Qovşağında rəis müavini vəzifəsində çalışırmış Bir müddət əvvəl işdən kənarlaşdırsalar da fəaliyyətini yoxlamağa start verilibmiş...
***
Qeyd edək ki, ötən həftə Gəncədən Abbasovlara yaxın mənbənin "Təzadlar"a verdiyi məlumatdan bəlli olurdu ki, Baş nazirin keçmiş 1-ci müavini Abbas Abbasovun qardaşı Nadir Abbasov həbs edilib. Nadir Abbasov Gəncənin keçmiş polis rəisi olub, istefada olan polkovnikdir. Onun bir müddət əvvəl Gəncədə keçmiş "Yeyinti Ticarəti İdarəsi"nə məxsus olmuş ərzaq bazalarında ərzaq və yeyinti məhsulları üçün nəzərdə tutulan soyuducular tikmək üçün kredit götürdüyü bildirilir. Bir neçə gün əvvəl isə onu DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırıblar və krediti dərhal qaytarması tələb olunub. Mənbə onun hələ də bu idarədə saxlanıldığını bildirir… Mənbə onu da bildirmişdir ki, Abbas Abbasovun qardaşı Həmid Abbasovun isə həyat yoldaşı Gəncə İH-nin başçısı Elmar Vəliyev tərəfindən bağça müdiri vəzifəsindən azad olunub. Onun qızı da işdən çıxarılıb. Bağçanın işçiləri bu qərara etiraz əlaməti kimi İH başçısı Elmar Vəliyevlə görüşmək istəyiblər, lakin bu qəbul baş tiutmadığından etirazlarını yazılı şəkildə bildiriblər. Həmin müraciəti tezliklə redaksiyamıza göndərəcəkləri bildirilir.
"Təzadlar" qeyd olunan məsələlərlə bağlı araşdırma apardığını və məsələyə atraflı aydınlıq gətirməyə çalışdığını qeyd etmişdi.
Məlumat tərəfimizdən dəqiqləşdirilir və əlavə bilgi veriləcək.
(Balansinfo.az)