BolgeXeber.Com » Xəbərlər » ASAN-nın işdən çıxrılan məmuru həbs edilə bilər-FOTO

ASAN-nın işdən çıxrılan məmuru həbs edilə bilər-FOTO

4-07-2015, 17:29
Oxunub: 1 346 ASAN-nın işdən çıxrılan məmuru həbs edilə bilər-FOTOPrezident sərəncamı ilə çıxarılan Rəşad Abbasovu Bayraq meydanının keçmiş rəisinin aqibəti gözləyə bilər

Prezident İlham Əliyevin sərəncamı ilə bir neçə gün öncə daha bir məmur işini itirdi. Bu dəfə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (“ASAN Xidmət”) sədri İnam Kərimovun birinci müavini vəzifəsindən azad edilib.

Rəşad Abbasov 1979-cu il 17 fevral tarixində bakı şəhərində anadan olub. İxtisasca hüquqşünas olan R.Abbasov karyerasına Daxili İşlər Nazirliyində başlayıb. 2006-cı ildən isə dövlətə qulluğunu Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsində davam etdirib.
ASAN Xidmətin sədrinin birinci müavini vəzifəsinə isə Rəşad Abbasov qurumun yarandığı ildən – yəni 2012-ci ildən prezident tərəfindən təyin olunub.

Maraqlısı odur ki, onun nə üçün vəzifəsindən azad olunması qeyd edilmir. Ümumiyyətlə vətəndaş məmnunluğunu təmin edilməsinə xidmət edən bu qurumdan kiminsə prezidentin sərəncamı ilə vəzifəsindən azad olunması ilk dəfə baş verir.

R.Abbasov son bir neçə ayda vəzifəsindən azad edilən ilk məmur deyil. Belə ki, bir neçə ay öncə Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin sabiq rəisi Rəşad Məmmədov işdən azad olunub.

2011-ci ilin aprel ayından kompleksin rəisi olan məmurun nə üçün azad edildiyi bildirilməsə də onun dövlət əmlakını talamaqda, rüşvətdə ittiham edildiyi iddia edilir. Bunu onun və ailə üzvlərinin sosial şəbəkələrdəki paylaşdığı fotolarda da aydın görmək olar.

R. Məmmədov öz dəbdəbəli və kübar həyat tərzi ilə medianın diqqət mərkəzinə düşə bilib. “Azİmport” şirkətinin sahibi olan Məmmədovun şirkətinin Bakı sakinlərinə qarşı özbaşınalıqları haqda bir neçə araşdırma yazısı dərc olunub . Onun bacısının əri A.Əsgərov tərəfindən idarə olunan şirkət yüzlərlə ailənin halal mal-mülkünü qəsb etməkdə ittiham olunub. Məmurun və yaxınlarının bu əməlləri isə təbii ki, cavabsız qalmayb və onlar həbs ediliblər.

Lakin Bayraq Meydanın rəisi vəzifəsindən azad olunmasından 3 ay keçməsinə baxmayaraq Məmmədovun bu vəzifədən uzaqlaşdırılmasının dəqiq səbəbi mətbuata və ictimaiyyətə açıqlanmayıb.

ASAN xidmətlə də eyni hal təkrar ola bilərmi? Keçmiş birinci müavini də həbs cəzası gözləyə bilərmi? R.Abbasovun da işən çıxarılma səbəbi rüşvətxorluq ola bilərmi? Əgər belədirsə biz bu orqana artıq necə inana bilərik?

ANS PRESS olaraq bütün bu suallara cavab tapmaq üçün araşdımaya başladıq. Lakin suallara cavab verən tapılmadı. Müvafiq qurumların susqunluğu isə şübhələrin yaranma sına əsas verir. Bu şübhələr isə böyüyür və fərziyyələrə çevrilir.
891806979475ASAN Xidmət əhalinin xidmətində

Suallara cavab almaq üçün ASAN xidmətind ictimaiyyətlə əlaqələrinə məsul şəxs olan Anar Hüseynovdan cavab almaq istəsək də bu mümkün olmadı. Belə ki, A.Hüseynov zənglərimizi gah cavabsız qoyub, gah da telefonu söndürüb.

Ən əsası İctimaiyyətlə əlaqələr şöbəsinin məsul şəxsinin işi mətbuatı məlumatlandırmaq olduğu halda bunu etməyə heç də həvəsli görünmür. Görünür sosial şəbəkələrdə şəkil paylaşmaq daha asandır, telefon zəngləri cavabsız qalsa da, onun istirahət və görüşlərindən fotolar yerləşdirməyə vaxtı var.

Məhz buna görə də, Rəşad Abbasovun işdən azad olma səbəbini dəqiqləşdirmək mümkün olmayıb. Bundan sonra isə insanıın ağlına bir fikir gəlir – görünür birinci müavinin işdən çıxarılma səbəbi hələ də gizli qalmasını istəyən qüvvələr var.

Xatırladaq ki, “ASAN xidmət” mərkəzləri dövlət orqanları tərəfindən göstərilən xidmətlərin vahid və əlaqələndirilmiş formada həyata keçirilməsini təmin edən qurumlardır.

“ASAN xidmət” mərkəzləri dövlət qulluqçularının fəaliyyətində əhaliyə münasibətdə vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində yeni yanaşmanın formalaşdırılmasına, ölkədə dövlət qulluqçusu – vətəndaş münasibətlərinin keyfiyyətcə yeni müstəviyə keçməsinə xidmət edir.

Mərkəzlərin fəaliyyəti operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında qurulur.
BOLGEXEBER.COM
ASAN-nın işdən çıxrılan məmuru həbs edilə bilər-FOTO
ASAN-nın işdən çıxrılan məmuru həbs edilə bilər-FOTO