BolgeXeber.Com » Xəbərlər » “Azercell”ə “moşennik” deyildi - ŞOK İTTİHAMLAR

“Azercell”ə “moşennik” deyildi - ŞOK İTTİHAMLAR

8-07-2015, 13:21
Oxunub: 4 644 “Azercell”ə “moşennik” deyildi - ŞOK İTTİHAMLAR“Azercell” mobil operator şirkətinin saysız-hesabsız fırıldaqlarından əziyyət çəkən abunəçilər facebook-da yazıblar.

Bolgexeber.com afn.az-a istinadən xəbər verir ki, “Azercell”dən kütləvi narazılıqlar səngimir və artiq sosial şəbəkələrdə də müzakirə olunmağa başlanıb. Üstəlik, şikayət edənlər arasında jurnalistlər də var.
"Bu günlərdə "Azercell" nömrəmə 10 manat yükləmişdim. Kredit borcum silindikdən sonra bir az da özüm danışdım balansımda 6 manat qalmışdı. Gecə yatıb səhər baxdım ki, balans sıfırdır. İnanmadım, zəng elədim müştəri xidmətlərinə ki, yalnışlıq olub, balansımı geri qaytarın. Qayıdıb nə desələr yaxşıdı, sizin balansınız internetə çıxılıb". Bunu araşdırmaçı jurnalist Zülfiyyə Quliyeva öz facebook səhifəsində yazıb. Adıçəkilən mobil operatorun fəaliyyətindən giley-güzar edən xanım jurnalist daha sonra qeyd edir: "Xanıma başa saldım ki, gündüz işdə, axşam da evdə internet olduğundan mobil telefona meqabaytı çox az hallarda yükləyirəm. Yəni ehtiyac olanda 2525-ə 30 yazıb göndərirəm, 1 manatlıq internet gəlir Meqabayt qurtaran kimi də avtomatik internet kəsilir, bu necə ola bilər ki, mən sizdən internet almaq üçün mesaj yollamadığım halda 6 manat siz mənə internet yükləyəsiniz və mən onu işlədəm? Müştəri xidmətindəki qızla bir az çənə-boğaz olandan sonra məlum oldu ki, balansda kontur varsa və mobil telefonun məlumatlar "Mobil dannıe" - bölməsi açıqdırsa telefon avtomatik balansdan internetə qoşulur və bala-bala balansı əridirmiş. Mən də bundan xəbərsiz olmuşam, yəni bu barədə "Azercell" də mənə heç bir xəbərdarlıq etmədən, mobil məlumatlar bölməsinin telefonda açıq olmasından və balansımın olmasından istifadə edib internet yükləyib. Evdə uşaqlar da mobil telefonda internetdən istifadə edib. Amma qeyd edim ki, evdə wi-fi olduğundan, mən heç narahat olmurdum. Elə bilirdim ki, evin internetindən istifadə edirlər. Mən hardan bilim ki, balansda pul olanda, mobil məlumatlar bölməsi açıq olanda telefon avtomatik internetə girə bilir və balansdan internetə pul çıxılır. Üstəlik bu barədə "Azercell" müştəriyə heç bir məlumat vermədiyi halda. Nə isə, "Azercell"in müştəri xidmətindən iddia etdilər ki, bu, telefonun "günahı"dır, amma mən bu əməlbazlığı mobil operatorun ayağına yazdım. Çünki evdə internet açıqdırsa, mən mobil telefona meqabayt almadığım halda hardan bilərdim ki, bir bölmənin açıq olması avtomatik balansdan internet üçün pul silir? Sözümün məmmədağası odur ki, mənim başıma gəlib, siz də ehtiyatlı olun, balansınızda pul varsa, telefonun mobil məlumatlar bölməsini bağlayın. Əks halda, mənim kimi gecə yatıb gündüz balansın buxarlandığını görəcəksiniz. Və başıma gələn bu oyundan sonra nəhayət ki, qərar verdim ki, vaxtım olan kimi gedim nömrədəyişmə xidmətindən istifadə edim".
Onun statusuna şirkətdən də reaksiya gəlib. "Azercell" SM Qrupun Rauf adlı əməkdaşı yazıb: "Sizə tam olaraq düzgün məlumat verilib. Bu, telefonunuzun xüsusiyyətidir və telefon özü internetə qoşula bilər. "Azercell" sizə yalnız öz xidmətləri haqda məlumat verir. Telefonun xüsusiyyətlərinə görə "Azercell" cavabdeh deyil. Bu hal məhz "Azercell" ilə bağlı olmadığına görə istənilən şirkətdə, ölkədə və yerdə baş verə bilər. Seçim hüququ sizə məxsusdur, amma şübhəsiz ki, sizi Azercell ailəsində görməyi arzu edirik".
Ondan sonra isə müzakirələr başlayır. Facebook istifadəçisi Nərgiz Cavadzadə yazır: "Ona görə də mən balansa 5 manatdan çox yükləmirəm. Onun da bir hissəsini tez başqasına göndərirəm ki, balansımda çox pul olmasın, nəsə bəhanə ilə itəcək".
Elçin Bayramlı yazır: "Hələ də "Azercell" kimi "moşennik" şirkətin abunəçisi olanlara heyrətlənirəm. Mən hələ 15 il qabaq başa düşmüşəm ki, "Azercell" abonenti olmaq anormallıqdır. 3 dəfə baha qiymətə danışmaq, coxsaylı fırıldaq kampaniyalar və tariflərin təcavüzünə məruz qalmağı seçməyi başqa cür adlandırmaq olmaz".
Fəxriyyə Abdullayeva: "Son vaxtlar mənim pulum da çox çıxır danışığa. İndi bilmirəm "Azercell"mi bahalaşıb, yoxsa mənmi çox danışıram. Amma belə şikayətlər çox eşidirəm hörmətli "Azercell"dən son vaxtlar..."
Xanoğlan Əhmədov: "Azercell"in bitib-tükənməyən fantaziyalarına quzu kəsərəm e... Mənim də başıma belə və başqa cür hadisə gəlib. Oxuyun: "Azercell"ə yaşa, Dərdin-qəmin çıxsın başa..."
Cəmşid Bəxtiyar: "Bu, "Azercell"in cibəgirmə metodlarından yalnız biridi. Datakartda daha çeşidli fırıldaqları var. Camaatın bu sahədə seçim məhdudluğundan gen-bol yararlanırlar. Başqa alternativlər olsa, mən bu mobil operatorların hamısından imtina edərdim".
Göründüyü kimi, "Azərcell" artıq uzun illərdir ki, bazarda öz inhisarçı mövqeyindən istifadə edərək sözün əsl mənasında at oynadır. Görünür, şirkətə bu cəsarəti verənlərdən biri də elə Rabitə və Yüksək Texnologiyalar Nazirliyidir. Normal ölkələrdə tanınmış jurnalistin bu cür şikayəti həmin şirkət üçün böyük baş ağrısına çevrilməlidir. Lakin hələ ki, adıçəkilən qurumdan bir reaksiya yoxdur.
Bilmək olmaz, bəlkə də bir neçə gündən sonra balanslardan vəsait oğurluğu ilə bağlı hansısa xəbərdarlıq alacağıq nazirlikdən?! Necə ki, “WhatsApp”dan istifadə ilə bağlı 6 ay əvvəl yayılmış xəbərdarlığı yeni kimi sırıdılar istifadəçilərə...Bolgexeber.com