BolgeXeber.Com » Xəbərlər » "MADO"da iftar menyüsü maxinasiyası: Açıq havada əyləşmənin qiyməti 19 manat 50 qəpik - ETİRAZ VAR

"MADO"da iftar menyüsü maxinasiyası: Açıq havada əyləşmənin qiyməti 19 manat 50 qəpik - ETİRAZ VAR

9-07-2015, 18:27
Oxunub: 5 679 "MADO"da iftar menyüsü maxinasiyası: Açıq havada əyləşmənin qiyməti 19 manat 50 qəpik - ETİRAZ VAR"MADO" restoran şəbəkələrində müştərilərə qarşı ayrı-seçkilik edilir

Qaynar.info xəbər verir ki, bu barədə məlumat "facebook" sosial şəbəkəsində yazılıb.

Rəşad Babayev adlı vətəndaş yazır ki, son günlərdə "MADO" restoranda açıq havada oturmaq mümkün deyil: "Açıq havada yerləşən massalarda əyləşən kimi soruşurlar ki, "İftara gəlmisiniz?" Cavab yox olan kimi deyillər açıq havada yerləşən bütün masalar oruc tutub iftara gələnlər üçündür."

Rəşad Babayev bildirir ki, sual verdikdə oruc tutmayanlar adam deyil və yerlərin əksəriyyəti də boşdur, niyə belə edirsiniz maraqlı cavabla qarşılaşıb. Restoranın əməkdaşı bildirib ki, siz əgər adambaşına 19 manat 50 qəpik ödəyib iftar menyusu götürsəniz o zaman açıq havada əyləşə bilərsiniz.

Sual yaranır bu zaman bəlkə mənim cibimdə 19 manat 50 qəpik pul yoxdur. Bəlkə mən həmin məbləği iftar süfrəsi üçün israf sayıram, bəlkə biz başqa sifariş verəcəyik?

Oxşar hadisə ilə marketinq mütəxəssisi Pərviz Əzimov da qarşılaşıb. O da bu barədə öz "facebbok" səhifəsində yazıb.

Pərviz Əzimov: "Təqribən 1 həftə əvvəl axşamüstü saat 7-8 radələri olardı. Bir dostum zəng elədi ki, "MADO"-dayam. Təzə əyləşmişdik, ofisiant gəlib yaxınlaşdı ki, birazdan burdan durmalı olacaqsız. Səbəbini soruşanda dedi ki, bütün masalar oruc tutanlar üçündür. Bir nəfərlik iftar menusunun da qiyməti 19 manat civarında. Əvvəl sadə formada izah etməyə başladıq ki, bu ayrıseçkilikdir, olmaz belə. Gördük alınmır. Qısacası, bunlar absurd məntiqli adamlardı.Oruc kasıbın halından anlamaq üçündür. 19 manatlıq, 1 nəfərlik menu ilə kasıbın halından necə anlamaq olar mən başa düşə bilmirəm."

"MADO" restoran şəbəkəsinin marketinq menceri İlham Məmmədli isə Qaynar.info saytına açıqlamasında bildirib ki, axşam saat 7-dən etibarən bu yerlər "rezerv" olunduğu üçün burada başqa müştərilər əyləşə bilmir:"Kimsə gəlib iftarını açıb getsə, həmin yerdə başqa müştərilər də əyləşə bilərlər. Burda heç bir problem yoxdur."

İlham Məmmədli daha sonra bildirib ki, iftar menyusunun qiyməti baha deyil. Bir çox yerlərdə iftar menyusu 21-25 manat civarında dəyişir. Amma standart menyu verilir. Bizim menyu isə fərqlidir, həm də qiymətlər normaldır.
Bolgexeber.com