"Skayp"da ərinin Rusiyadakı ailəsini görən üç uşaq anası intihar etdi-Şəkidə
10-07-2015, 11:55
Oxunub: 5 289
G.Hacıyeva uzun müddətdir Rusiya Federasiyasında yaşayan həyat yoldaşı ilə Skayp vasitəsi ilə danışarkən kamerada ərinin Moskvadakı həyat yoldaşını, onun uşaqlarını və öz böyük oğlunu görüb
Şəkidə 3 uşaq anası intihar edib. Hadisə rayonun Böyük Dəhnə kəndində baş verib.
Şəki rayon prokurorluğundan ans-ə verilən məlumata görə Böyük Dəhnə kənd sakini 1966-cı il təvəllüdlü Gülnar Mircavad qızı Hacıyeva 8 iyun axşam saat 20 radələrində sirkə tutşusu içərək intihara cəhd edib.
Hadisədən xəbər tutan ailə üzvlərinin köməyi ilə o ağır vəziyyətdə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanada bir gün ağır vəziyyətdə qalan üç uşaq anası G.Hacıyeva elə həmin xəsrəxanada keçinib.
Kənd sakini Siyavuş Məmmədəliyevin verdiyi məlumata görə, hadisə qısqanclıq səbəbindən baş verib. Belə ki, intihar edən G.Hacıyeva uzun müddətdir Rusiya Federasiyasında yaşayan həyat yoldaşı ilə Skayp vasitəsi ilə danışarkən kamerada ərinin Moskvadakı həyat yoldaşını, onun uşaqlarını və öz böyük oğlunu görüb.
Bundan qəzəblənən xanım sirkə tutşusu içib və canına qəsd edib. Faktla bağlı Şəki Rayon Prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.
Qeyd edək ki,özünü öldürə xanım Böyük Dəhnə kəndindəki uşaq bağçasında texniki işçi olub.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər