BolgeXeber.Com » Xəbərlər » Azərbaycanda nə qədər donuz var? - RƏSMİ CAVAB

Azərbaycanda nə qədər donuz var? - RƏSMİ CAVAB

14-07-2015, 12:53
Oxunub: 4 649 Azərbaycanda nə qədər donuz var? - RƏSMİ CAVABAzərbaycanda 7 min başa yaxın donuz saxlanılır

Bu məlumatı Modern.az-a Kənd Təsərrüfatı Nazirliyinin heyvandarlığın inkişafı şöbəsinin müdir müavini Fəxrət Eminov verib. O qeyd edib ki, bu gün ən çox donuz saxlanılan yer Qax rayonudur:

“Burada 3500 baş donuz saxlanılır. Bu heyvanlardan ibarət təsərrüfatlar Qaxda ingoloyların, gürcülərin yaşadığı ərazidə yayılıb. Ümumiyyətlə, Abşeronda 800, Xızıda 720, Sumqayıtda 90, Bakıda 500, Gədəbəydə 16, Goranboyda 120, Qəbələ rayonunun Nic kəndində 1000, Xaçmazda 500, Kürdəmirdə 200, İsmayıllıda-İvanovka kəndində 200 baş donuz saxlanılır”.

Fəxrət Eminov qeyd edib ki, Azərbaycanın müxtəlif rayonlarında fəaliyyət göstərən donuz fermaları hamısı özəl təsərrüfatlardır:

“Ölkəmizdə saxlanılan donuzlar əsasən ağ Ukrayna donuz cinsidir. Bizim Dövlət Baytarlıq Xidməti mütəmadi olaraq donuz fermalarına nəzarət edir. 3-4 il bundan qabaq “donuz qripi”nin yaranması bu sahəyə daha ciddi nəzarət edilməsini labüd edib”.

Nazirliyin rəsmisi qeyd edib ki, donuzlardan əsasən ət və kolbasa sexlərində istifadə edilir: “Donuz ətinin satışı da həyata keçirilir və deyim ki, elə də ucuz deyil. Bazarlarda çox yüksək keyfiyyətli donuz ətləri, salası satılır”.
Bolgexeber.com