BolgeXeber.Com » Xəbərlər » “NİKOİL BANK”da böyük FIRILDAQ

“NİKOİL BANK”da böyük FIRILDAQ

14-07-2015, 15:04
Oxunub: 5 722 “NİKOİL BANK”da böyük FIRILDAQBankın işçisi müştərinin pulunu mənimsəyib, rəhbərlik isə məhkəmə ilə hədələyir


AFN.az-ın redaksiyasına Sumqayıt şəhər sakini Salman Məmmədovdan şikayət məktubu daxil olub. Şikayətçi bildirir ki, 11.12.2014-cü il tarixində "NİKOİL BANK" ASC-nin Sumqayıt filialından şəxsi özəl mənzilini girov qoymaq müqabilində 21600 ABŞ dolları məbləğində kredit götürüb. Götürülən kredit məbləğinə görə aylıq ödənişləri də hər ay ödəyən S.Məmmədov devalvasiyadan sonra bankın fırıldağı ilə üzləşib: "2015-ci ilin mart ayında aylıq ödənişi həyata keçirmək istədiyim zaman həmin bankın səlahiyyətli işçisi Fərhadov Vüsal Əsəd oğlu məndən və oğlumdan 520 AZN və 438 AZN aldı və bildirdi ki, ABŞ dollarının kursu hələ müəyyən olunmayıb, may ayında AR Konstitusiya Məhkəməsi bu işə baxacaq. O zaman qəbul ediləcək qərara əsasən mən özüm ödənişi müəyyənləşən faizlə (kursla) ödəyəcəm. Bu zaman Vüsal Fərhadov bizə heç bir qəbz vermədi. Sonra məlum oldu ki, V.Fərhadov bizdən qəbul etdiyi ümumilikdə 958 AZN ödənişi mənimsəyib, bizim hesabda olan depoziti icazəsiz götürərək ödəniş edib.

Bu günlərdə isə məlub oldu ki, V.Fərhadov bizimlə yanaşı, daha bir neçə nəfəri aldadıb qonşu Türkiyəyə qaçıb. NİKOİL BANK rəhbərliyi isə işçisinin bu məsuliyyətsizliyindən boyun qaçıraraq cinayəti ört basdır edir, müştərilərinə etinasız yanaşır. Bizə bildirirlər ki, gedin özünüz V.Fərhadovdan pulunuzu tələb edin".

İşçisinin məsuliyyətsizliyinə biganə yanaşan bank bu azmış kimi, borclunu məhkəməyə verərək mənzilini əlindən alacaqları ilə hədələyiblər: "Bildirirlər ki, mənzil İpoteka müqaviləsində göstərilən qiymətdən də aşağı qiymət ilə satışa çıxarılacaq. Bu halın baş verməsindən narahat olaraq biz təkrarən ödədiyimiz məbləği banka ödəməli olduq. "NİKOİL BANK"ın Sumqayıt filialında baş vermiş bu qanunsuzluqla bağlı iyun ayının 23-də Respublika Prokurorluğuna, DİN, Mərkəzi Banka, NİKOİL Bankın Baş ofisinə və Sumqayıt şəhər polis idarəsinə ərizə ilə müraciət etsəm də, bu istiqamətdə hələ də bizə bir cavab verilməyib."


AFN.az olaraq qarşı tərəfin də mövqeyini öyrənməyə cəhd etdik. Lakin təəssüflə qeyd etməliyik ki, “NİKOİL BANK” müştərilərinə olduğu kimi, mediaya və ictimaiyyətə də laqeydlik nümayiş etdirir. Bankın baş ofisinin əlaqə telefonları zənglərə cavab vermir. Üstəlik, araşdırmamız nəticəsində məlum oldu ki, qurumun mətbuat və ictimaiyyətlə əlaqələr üzrə hər hansı bir məsul işçisi də yoxdur. Hər bir halda, qarşı tərəfin mövqeyini verməyə hazırıq.
Bolgexeber.com