BolgeXeber.Com » Xəbərlər » BDU rəhbərliyi Hacıbala Abutalıbovu günahkar kimi nişan verdi - "...maliyyə ayrılsın, biz də binanı tikək"
BDU rəhbərliyi Hacıbala Abutalıbovu günahkar kimi nişan verdi - "...maliyyə ayrılsın, biz də binanı tikək"
16-07-2015, 11:59
Oxunub: 5 067
“Bizə bununla bağlı hər hansı rəsmi və ya qeyri-rəsmi cavab verilməyib”
Hər bir ali təhsil müəssisəsinin səviyyə göstəricisi həm də onun tələbə şəhərcikləri ilə bağlıdır.
Bu mənada qaçqın və məcburi köçkün problemləri Azərbaycanda uzun zaman ali təhsil müəssisələrinin tələbə şəhərciklərini qaçqın şəhərciyinə çevirmişdi. Nəhayət, bir neçə il öncə məcburi köçkünlər evlə təmin olundu və universitetlərin yataqxanalrı boşaldıldı.
Təbii ki, sovet vaxtından qalma və 20 ildən artıq məcburi köçkünlərin istifadəsində olan yataqxanalar müasir tələblərə cavab verə bilməz. Ona görə də universitetlərə yeni tələbə şəhərcikləri çox vacibdir.
Bakı Dövlət Universiteti kimi.
Bu universitetin yataqxanasında məskunlaşan məcburi köçkünlər yeni evlərlə təmin olunduqdan sonra yeni tələbə şəhərciyinin tikiləcəyi qeyd edilirdi. Bununla bağlı BDU-nun rektoru Abel Məhərrəmov o zaman mətbuata açıqlamasında yeni tələbə yataqxanası kompleksinin 2019-cu ilədək hazır ola biləcəyini bildirmişdi.
Yataqxanın yeni layihəsi hazırlanmış və mətbuata yeni binanın görüntüləri də verilmişdi. Amma bununla bağlı indiyədək hər hansı addım atılmayıb.
Bakı Dövlət Universitetinin prorektoru Nəbi Ramazanlı Modern.az-a açıqlamasında bildirib ki, yataqxanın tikilməsi istiqamətində heç bir iş görülməyib. Səbəb kimi isə prorektor Hacıbala Abutalıbovu göstərib.
“Bakı Şəhər İcra Hakimiyyətinə biz yeni yataqxana kompleksinin layihəsini göndərmişik. Amma Hacıbala müəllim layihəni təsdiq etməyib ki, sərəncam verilsin və maliyyə ayrılsın, biz də binanı tikək”.
N.Ramazanlı layihənin təsdiq edilməməsi bağlı rəsmi cavab verilmədiyini deyib.
“Bizə bununla bağlı hər hansı rəsmi və ya qeyri-rəsmi cavab verilməyib”.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər