BolgeXeber.Com » Xəbərlər » Bayram gəldi, qiymətlər qalxdı (CƏDVƏL)

Bayram gəldi, qiymətlər qalxdı (CƏDVƏL)

16-07-2015, 16:15
Oxunub: 3 331 Bayram gəldi, qiymətlər qalxdı (CƏDVƏL)Son bir həftə ərzində bazarlarda xeyli canlanma yaranıb. Sözsüz ki, bu canlanma Ramazan Bayramı ilə əlaqədardır. Süfrəsini nemətlərlə bəzəmək istəyən paytaxt sakinləri ucuz bazar axtarışına çıxıb.

Şəhərin bir neçə bazarına baş çəkərək biz də bayram ərəfəsində qiymətlərə nəzər saldıq. Bir-iki bazara gələrək qiymətlərin ötən həftə ilə müqayisədə necə dəyişdiyini müşahidə etdik. Qiymətlərdə artım xüsusilə, bayram süfrəsinə düzülən məhsullarda özünü göstərir. 8 km bazarında ət və ət məhsullarının satışı ilə məşğul olan qəssab Əhməd Ağayevin sözlərinə görə, alıcılar bayramla əlaqəli olaraq ən çox quzu ətinə üstünlük verir. Qəssab deyir ki, ötən həftə 7 manata satılan mal ətinin hazırki qiyməti 8-9 manatadır. Toyuq məhsullarına olan tələbatda xeyli artıb. Qiymət fərqinə baxmayaraq alıcılar broyler toyuqlarından daha çox diri toyuq almağa üstünlük verirlər.

Bayram plovunun qaraltısı üçün lazım olan quru meyvələrin qiymətində də artım var. Quru meyvələrin satışı ilə məşğul olan satıcılar deyir ki, artımın səbəbi məhsulların idxalı ilə əlaqəlidir. Bu məhsullar Azərbaycana əsasən Qazaxstan və İrandan idxal olunur. Alıcı Əzizə Mayılovanın sözlərinə görə, mövsümi meyvələrin qiymətlərində bir həftə ərzində 50-30 qəpik arasında bahalaşma olub. Alıcılardan fərqli olaraq satıcılar qiymətlərin bahalaşmadığını deyir, hətta ucuzlaşdığını iddia edirlər. Satıcı Gülər xanım deyir ki, bayram ərəfəsində alıcılıq qabiliyyəti yüksəkdir və ona görə də qiymətləri dəyişməyiblər. Bazarda apardığımız kiçik araşdırma ilə ötən həftə və bayram həftəsi arasındakı fərqi ortaya çıxardıq. Bayram qabağı qiymətində artım müşahidə edilən məhsulların siyahısını təqdim edirik:
Bayram gəldi, qiymətlər qalxdı (CƏDVƏL)

Ötən həftə ilə Bayram həftəsi arasında fərq


Statistika Komitəsindən anspress-ə verilən məlumata görə, isə müəyyən məhsullarda bahalaşma olsa da, ucuzlaşma da qeydə alınıb. Belə ki, bitkilərin qiyməti 14,8 və 0,1 faiz ucuzlaşmış, diri heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 0,3 faiz bahalaşıb.

Birillik bitkilərdən buğdanın, arpanın, baş kələmin, xiyarın, pomidorun, süfrə çuğundurunun, baş sarımsağın, kartofun, baş soğanın, quru otun istehsalçı qiyməti ucuzlaşıb, albalının, alçanın, gilasın, çiyələyin istehsalçı qiyməti ucuzlaşıb.

İqtisadiyyat və Sənaye Nazirliyindən verilən məlumata görə, bayram ərəfəsində bazarlarda suni qiymət artımının qarşısını almaq məqsədi ilə intensiv nəzarət tədbirləri aparılır. Nazirlikdən əmin edirlər ki, bayram ərəfəsində qiymətləri bilərəkdən artıran işbazlara qarşı müvafiq tədbirlər görüləcək.