Cahangir Əsgərovun bacısı oğlu ilə bağlı şok qalmaqal
16-07-2015, 18:29
Oxunub: 4 740

Şikayət məktubunda o da bildirilir ki, Cəlal Əsgərov jurnalların nəşrinə görə öncədən razılaşdırılmış məbləğ ödəmədiyi halda belə, jurnalların yeni buraxılışının çap olunmasını tələb edirmiş
Beynəlxalq dizayn və poliqrafiya şirkəti Color Consulting-in Rusiya filialı Azərbaycanda LOfficiel Azerbaijan, Boutique-Baku və LOfficiel Art jurnallarının təsisçisi Cəlal Əsgərovun onlara 50 min avro məbləğində borcunun olduğunu iddia edir.
“Qafqazinfo”nun əldə etdiyi məlumatda bildirilir ki, şirkət borcun ödənilməsilə bağlı dəfələrlə Əsgərovun özü ilə əlaqə yaratmağa çalışsa da, o, zənglərə cavab vermir, görüşlərdən qaçır. Ona sonuncu xəbərdarlıq 2 may 2015-ci ildə Facebook sosial şəbəkəsində şirkətin rəsmi hesabında edilib, bundan sonra Cəlal Əsgərov şirkət rəsmilərilə əlaqə saxlayaraq, ona iyunun 15-dək vaxt verilməsini xahiş edib. Lakin vaxtın tamamında Əsgərov şirkət rəsmilərinə “Pul yoxdur, sizə heç cür kömək edə bilmərik. Nə vaxt olar, zəng vuraram” deyə, cavab verib.
Color Consulting şirkəti qeyd edir ki, onlar Cəlal Əsgərova məxsus olan “LUXE MEDIA” və “CR AND KO” şirkətlərilə 2 il müddətində - 2012-ci ilin noyabrından 2014-cü ilin noyabr ayınadək əməkdaşlıq ediblər. Bu müddətdə onlar jurnalın çapdan öncəki işlərini həyata keçiriblər, 2014-cü ilin mart ayından noyabr ayınadək isə LOfficiel Azerbaijan, Boutique-Baku və LOfficiel Art jurnallarının çapı ilə məşğul olublar.
Şikayət məktubunda o da bildirilir ki, Cəlal Əsgərov jurnalların nəşrinə görə öncədən razılaşdırılmış məbləğ ödəmədiyi halda belə, jurnalların yeni buraxılışının çap olunmasını tələb edirmiş. 2014-cü ilin noyabr ayında isə çapa görə ödənilməyən məbləğ rekord rəqəm - 50 810,40 avro (35 548 avro “CR AND KO” şirkətinə və 15 262,40 avro “LUXE MEDIA” şirkətinə görə) olur. Color Consulting şirkətinin Rusiya filialı qeyd edir ki, borcun ödənilməməsi şirkətin beynəlxalq ofisində də müzakirə olunduqdan sonra bu barədə məhkəməyə müraciət ediblər.
Nəticədə, “LUXE MEDIA” şirkəti tərəfindən 15 262,40 avro məbləğində borc ödənilib. “CR AND KO” şirkətinin borcları üzrə aparılan məhkəmə proseslərində isə Cəlal Əsgərov iştirakdan imtina edir. Color Consulting Azərbaycanda bu iş adamı ilə əməkdaşlıq edən insanları ehtiyatlı olmağa çağırır.
Qeyd edək ki, Cəlal Əsgərov Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyətinin sədri Cahangir Əsgərovun bacısı oğludur.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər