BolgeXeber.Com » Xəbərlər » Qəbul imtahanlarında 700 bal yığanları siz də tanıyın - VİDEO

Qəbul imtahanlarında 700 bal yığanları siz də tanıyın - VİDEO

18-07-2015, 11:11
Oxunub: 4 330 Qəbul imtahanlarında 700 bal yığanları siz də tanıyın - VİDEO Vunderkindlər Bakı, Sumqayıt, Naxçıvan, Bərdə və Zaqatala məktəblərinin məzunlarıdır

Bolgexeber.com Xəzər Xəbər-ə istinadən onlardan ikisi ilə sizi tanış edir.

Öyrəndiklərindən sınağa çəkildilər və ən yüksək nəticəni əldə ediblər. Abbasov Nihad və İsmixanov Teymur I qrup üzrə maksimum nəticə göstərərək 700 bal toplayıblar. İsmixanov Teymur deyir ki, o həm dərslərinə, həm də istirahətinə eyni vaxt ayırıb.

Teymur Azərbaycan diplomatik Akademiyasını seçməyi düşünür. O, təhsilini ikinci kursdan xarici ölkərin birində davam etdirmək arzusundadır. Teymurun qalibiyyətinə valideynləri təəccüblənməyib. Teymur məktəbə hazırlaşanlar üçün də bəzi məsləhətlər verib.

Çempionlardan biri də Qubadlı rayonun Aşağı Mollalı kənd məktəbinin məzunu Nihad Abbasovdur. Nihad 700 bal toplayacağına öncədən əmin imiş. O, 9-cu sinifi fərqlənmə, 11-ci sinifi isə əla qiymətlərlə bitirib. Nihadın həm anası, həm də müəlliməsi Sevinc Həmzətovanın da sevincinin həddi hüdudu yoxdur. Nihad artıq oxumaq istədiyi universiteti də seçib. Nihad magistr təhsilini xaricdə almaq istəyir.

Digər vunderkindlər isə Məcidov Nurlan, Abduyev Firuz, Məmmədli İsa, Mahmudova Asya, Həsənli Arzu Və Əliyeva Nərmindir. Ümumilikdə maksimum bal toplayan abituriyentlər Bakı, Sumqayıt, Naxçıvan, Bərdə və Zaqatala məktəblərinin məzunlarıdır.