BolgeXeber.Com » Xəbərlər » Olimpiya çempionumuzdan şok ittihamlar

Olimpiya çempionumuzdan şok ittihamlar

20-07-2015, 10:38
Oxunub: 2 967 Olimpiya çempionumuzdan şok ittihamlar“Onları cüdonun inkişafı yox, ancaq öz cibləri düşündürür”

Azərbaycan Cüdo Federasiyasında idarəetmə sistemi demək olar ki, iflic vəziyyətindədi. Federasiya prezidenti Füzuli Ələkbərov nazir vəzifəsindən uzaqlaşdırılandan sonra idmançılar taleyin ümidinə buraxılıblar. Təlim-məşq toplanışları keçirilimir, idmançılar yarışlara öz hesablarına yollanmaq məcburiyyətində qalırlar. Təbii ki, belə şəraitdə nəticə də olmamalıdı. Bunun məntiqi nəticəsi özünü Avropa oyunlarında göstərdi. Cüdoçular bu yarışda fiaskoya uğradılar.

Komanda.az xəbər verir ki, Avropa oyunlarından sonra federasiyada vəziyyət daha da gərginləşib. Federasiya prezidenti Füzuli Ələkbərov ictimaiyyət arasına çıxmır. Digər vəzifə sahibləri isə nəyisə həll etmək iqtidarında olmadıqlarını deyirlər. Azərbaycanda cüdonun belə duruma düşməsi ictimaiyyətin nümayəndələrini də narahat edir. 1992-ci ildə Barselonada keçirlən olimpiadada qızıl medal qazanan Nazim Hüseynov da məsələyə biganə qalmayıb. Olimpiya çempionu “Futbol+” qəzetinə verdiyi açıqlamada federasiya rəsmilərinin ünvanına şok ittihamlar səsləndirib.nazim huseynov

“Onları cüdonun inkişafı yox, ancaq öz cibləri düşündürür”

“Yaxınlarda İsmayıllıdan qayıtmışam. Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadəylə görüşüb baş verənlər barədə ona məlumat verdim. Cüdo Federasiyasında çalışanların hamısı istefa ərizəsini yazıb getməlidi. Onları cüdonun inkişafı yox, ancaq öz cibləri düşündürür. Hazırda federasiya daxilində elə iyrəncliklər baş verir ki, bu haqda geniş açıqlama versəm, o insanların hamısı Azərbaycandan köçüb getməlidi. Federasiya rəsmilərini ancaq bir şey maraqlandırır: uğur qazanan idmançını özlərinə yaxın məşqçilərin adına yazıb, verilən puldan faizlərini götürmək. Yeniyetmələrdən ibarət yığmanın Avropa çempionatına öz vəsaiti hesabına yollanması, qadın cüdoçulara diqqət ayrılmaması söhbəti düzdü. Hanı Füzuli Ələkbərov? Hardadı onun vitse-prezidentləri Asif Əsgərov, Elnur Məmmədli, Matvey Yelizarov? Vaxt olub Əsgərova o qədər dayaq olmuşuq ki… Niyə indi əlini cibinə atıb, cüdoçulara sahib çıxmır? Səbayel kimi rayonun icra başçısıdı. Mən heç kimdən və heç nədən çəkinmirəm. Məmmədli öz pulundan 30-40 min dollar ayıra bilməzdi ki, yeniyetmələr Sofiyaya getsin?fuzuli elekberov

“Elə bilir yəhudidi deyə, hamıdan ağıllıdı”

Bilirsiz, federasiyada aləm bir-birinə dəyib. Müxtəlif qruplaşmalar yaranıb ki, kimi hakimiyyətə gətirək. Yelizarovun isə ümumiyyətlə, cüdodan anlayışı yoxdu. Sonuncu dəfə özünə də dedim ki, sənin işin maliyyəni təmin etməkdi, məşq prosesinə qarışmaq yox. Bir də mənim yanımda cüdodan danışma, yoxsa səni əzişdirərəm. Elə bilir yəhudidi deyə, hamıdan ağıllıdı. Prezident, vitse-prezidentlər qaçıb gizləniblər. Heç biri cüdoçuların uğur qazanmasına kömək etmək istəmir. Yeniyetmələrə pul ayrılmaması faciədi. Sabah bunlar kimdən nəticə tələb edəcəklər? Gedib, ordan-burdan legioner gətirirlər, Azərbaycan pasportu ilə təmin edib yarışa buraxırlar. Sonra da deyirlər ki, biz işləyirik. Bunlar hamısı pul qazanmaq üçün atılan addımlardı.elnur memedli

“Bu insan hələ də məni Nazim Süleymanov kimi tanıyır”

Aşağı yaş qruplarında güləşənlərə ayrılan pulların hara sərf olunduğunu bilən yoxdu. İnanıram ki, Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi tezliklə Cüdo Federasiyasında islahatlar aparacaqlar. Quruma iş bilən, cüdonun sabahını fikirləşən mütəxəssislər dəvət olunmalıdı. Daha Elnur Kələntərov kimilər yox. Bu insan hələ də məni Nazim Süleymanov kimi tanıyır. Mən də acıqla hər yerdə onun soyadını Çəlpələngov kimi səsləndirirəm. Danışdıqca adamın ürəyi ağrıyır. Cüdo Federasiyasında islahatlar qaçılmazdı”.