BolgeXeber.Com » Xəbərlər » DSMF-nin Xətai Şöbəsində Elçin Məmmədov kabusu

DSMF-nin Xətai Şöbəsində Elçin Məmmədov kabusu

21-07-2015, 10:36
Oxunub: 3 101 DSMF-nin Xətai Şöbəsində Elçin Məmmədov kabusuN.Zeynalova vəzifəsindən sui istifadə edərək respubilka narkoloji Dispanserində qeydiyyatda olan həyat yoldşı Zeynalov Asif Dəmir oğlu üçün yüksək məbləğli (700-1000 manat arası) pensiya düzəldib

“Dövlət Sosial Müdafiə Fondu”nun Xətai rayon şöbəsinin müdiri Elçin Məmmədovla bağlı redaksiyamızın elektron poçtuna ilginc informasiya daxil olub. Həmin məlumatda bildirilir ki, Elçin Məmmədov Xətai şöbəsində qurduğu sistem sayəsində hər ay yaxşı qazanc əldə edir. Belə ki, şöbə müdiri vətəndaşlara düzəltdiyi pensiya sayəsində ayda ən azı 15-20 min manat qazanc əldə edir.
Mənbə qeyd edir ki, Elçin Məmmədov ona “hörmət” edən vətəndaşların pensiyasını qaldırır. Bundna başqa il ərzində pensiyaya çıxmayan xeyli gecikmiş şəxslər var ki, onlarında pensiyalarını düzəltməklə xeyli irəli düşür. Belə ki, vaxtında pensiyaya çıxmayan vətəndaş Elçin Məmmədovun şöbəsinə müarciət etdikdə, şöbə müdiri onlara 70-30 sövdələşmə təklifi edir. Misal üçün pensiya vaxtından 2 il keçmiş şəxs dövlətdən həmin 2 ilin vəsaitini almamlıdır. Bundan istifadə edən Elçin Məmmədov vətəndaşa sövdələşmə təklif edərək qalan vəsaitin 70 faizini özünə götürməklə həmin şəxsin işini sanlıqla yoluna qoyur. Mənbə iddia edir ki, Elçin Məmmədovun bu təklifini qəbul etməyən vətəndaşın pensiyaya çıxmaq işi xeyli uzanır və get gələ salınır. Bütün bunlar haqda cumhuriyyet.az-a daxil olan məlumata görə Elçin Məmmədovun pensiya maxinasiyasınd əsas ortağı isə şöbədə şöbədə Pensiya Təyinatı Sektorunun sektor müdiri Nərgiz Zeynalovadır. İnformasiya mənbəmiz bildirir ki, Nərgiz Zeynalova Elçin Məmmədovla birləşərək onlarla şəxsə saxta pensiya düzəltməkə hər ay külli miqdarda qazanc əldə edirlər. Nərgiz Zeynalova bir vaxtlar Sosial müdafiə Fondunun Nəsimi rayon şöbəsində işlədiyi vaxtlardada bu cür qanunsuzluqlar etdiyi deyilir. Həmin vaxt Nərgiz Zeynalovanın qanunsuz əməllərinin üzə çıxamsı və onun haqqında hüquq mühavizə orqanlarına çoxsaylı şikayətlər edilməsi sektor müdirini vəzifəsi ilə vidalaşmağa vadar etdi. Amma bu vidalaşmaq Nəsimi rayonun Xətai rayonunu dəyişmək ilə əvəzləndi. Belə ki. Nərgiz Zeynalova himayədarlarının və əldə etdiyi qeyri qanuni yüz min manatların hesabına cəzasını başqa bir rayonda eyni sektor müdiri vəzifəsi ilə dəyişdi.
Mənbə qeyd edir ki, N.Zeynalova vəzifəsindən sui istifadə edərək respubilka narkoloji Dispanserində qeydiyyatda olan həyat yoldşı Zeynalov Asif Dəmir oğlu üçün yüksək məbləğli (700-1000 manat arası) pensiya düzəldib. İndi isə Elçin Məmmədovla Nərgzi Zeynalova birləşərək vəətndalara qanunsuz pensiya düzəltməklə külli miqdarda rüşvət almaqda davam edirlər. Məlumatda qeyd olunur ki, hətta bir müddət əvvəl mətbuatda Elçin Məmmədovla Nərgiz Zeynalovun hüquq mühavizə orqanları tərəfindən həbs olunması xəbəri yayılmışdı. Həmin xəbərdə qeyd olunur ki, Elçin Məmmədovla Nərgiz Zeynalova rüşvət aldıqları vaxt yaxalanıblar. Lakin həmin məlumatı Dövlət Sosial Müdafizə Fondunun mətbuat xidməti təkzib edərək xəbərin yalan olduğunu bəyan etdi. Amma redaksiyamıza göndərilən məlumatda qeyd olunur ki, Elçin Məmmədovla Nərgiz Zeynalovanın pensiya maxinasiyası ilə bağlı Fond tərəfindən aparılan bir neçə dəfə yoxlamada ortaya ciddi qanusnuzların çıxdığı bildirilir. Məlumatda deyilir ki, Nərgiz Zeynalova yaxın günlərdə Xətai rayonundan Nəsimi rayonuna “perevod” gedəcək. Sektor müdiri bu məsələdə xeyli xərc çəkdiyini bir neçə dəfə şöbə işçilərinin yanında açıq aşkar dediyi eyd olunur.
Bildirək ki, DSMF-nin Xətai rayon şöbəsindəki baş verən qanunsuzluqlarla növbəti yazımızda oxucularımıza ətraflı məlumat verəcəyik.
cumhuriyyət az