Səbaildə jurnalistlərə verilən saatları kimlər alıb?
24-07-2015, 10:37
Oxunub: 4 579
Asif Əsgərov bahalı hədiyyəni almaq üçün heç də əlini cibinə atmayıb
Son bir neçə gündür ki , medianın gündəmindən düşməyən mövzu Səbail rayon icra başçısının jurnalistlərə saxta “Tissot” markalı saat bağışlamasıdır. Xatırlatma üçün bildirək ki, Səbail rayon icra hakimiyyəti Milli Mətbuat Günü münasibətilə iyulun 15-də tədbir təşkil edib və orada bir qrup jurnalisti –daha dəqiq desək 75 nəfəri mükafatlandırıb. Hədiyyə isə “ Tissot ” saatları olub.
Bu gün isə bizə məlum məsələ ilə bağlı maraqlı Bolgexeber.com-a faktlar daxil olub. Belə ki , məlumatda qeyd edilir ki , icra başçısı Asif Əsgərov bahalı hədiyyəni almaq üçün heç də əlini cibinə atmayıb. Saatlar icra başçısının deyil , aparatın digər işçiləri və rayon ərazisində yerləşən bir çox idarə rəhbərlərinin hesabına alınıb. Daha aydın desək , yəni hər işçiyə 4-5 jurnalistə saat almaq “düşüb”. Biz iddialara aydınlıq gətirmək məqsədilə Səbail rayon icra hakimiyyəti ilə əlaqə saxladıq. Suallarımızı informasiya təminatı və təhlil sektorunun müdiri İsrafil Kərimov cabalandırdı. O , bütün ittiham və iddiaları rədd edərək bildirdi ki , söylənənlər yalandır. Bütün bu məlumatları isə mükafat ala bilməyən jurnalistlər yayırlar. Artıq bir neçə gündür ki, gündəmi zəbt edən bu məsələ ətrafında dolaşan söz- söhbətlər kimin doğru , kimin yanlış olduğunu aydın şəkildə görməyə imkan verir.
Bolgexeber.com


Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər