Bakı-Sumqayıt qatarına bilet neçəyə olacaq? - Açıqlama
24-07-2015, 14:40
Oxunub: 4 684
Azərbaycan Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının növbəti iclası olub
İclasda Bakı-Sumqayıt-Bakı marşrutu üzrə yeni sərnişin qatarlarının istismara veriləcəyi müddət müəyyənləşib. Belə ki, qəbul edilən qərara əsasən, yeni qatar bu il sentyabrın 15-dək istismara verilməlidir.
Bəs, Bakı-Sumqayıt qatarına bilet neçəyə olacaq?
“Azərbaycan Dəmiryolları” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov AzVision.az-a açıqlamasında bildirib ki, hazırda qiymətlər müəyyən olunmayıb.
Onun sözlərinə görə, “Azərbaycan Dəmiryolları” QSC-i gediş haqqı ilə bağlı təkliflərini Tarif Şurasına göndərib: “Amma buna əlavələr də olunacaq. Bundan sonra Tarif Şurası hansı qərarı verəcəksə, gediş haqqı o zaman bəlli olacaq”.
Qeyd edək ki, İsveçrənin “Stadler Rail Group” şirkətinin istehsalı olan KİSS markalı ikimərtəbəli elektrik qatarının ümumi sərnişin tutumu 919 nəfərdir. Bütün müasir tələblərə cavab verən yeni qatarlarda sərnişinlərin rahatlığı üçün həb bir şərait yaradılıb.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər