Dərin Özüllər Zavodunda gizli anbar və 2 milyon manatlıq korrupsiya - İTTİHAM
27-07-2015, 10:59
Oxunub: 4 834
«Bu cür ciddi fakt ortada varkən kimsə bu işlərlə məşğul olanlara «gözün üstə qaşın var» demir
Arif Cavadov: «Rəhbərlik gizli anbara müəssisənin mal və materiallarını yığaraq, oradan satışlar həyata keçirir»
Heydər Əliyev adına Dərin Özüllər Zavodunda çalışan Arif Cavadov burada dəhşətli korrupsiya hallarının baş verdiyini iddia edib. JAM.AZ-a göndərdiyi məktubunda iddiaçı bildirib ki, bununla bağlı 18 aydır rəsmi qurumlara yazılı şəkildə müraciət etsə də, heç bir tədbir görülmür.
O bildirir ki, zavodun rəhbərliyi gizli anbarlar yaradıb və oraya müəssisənin balansında olan mal və məhsulları yığır. «Zavodun vəzifəli işçisi gizli anbar yaradaraq, oraya oğurluq mal və materiallar yığır. Halbuki bu anbarlarda gizlədilən materiallar dəfələrlə sifariş edilib və istifadə olunub. Əslində isə həmin prosesdən külli miqdarda qazanc əldə edilib. Misal üçün, 50 tonluq körpülü kran 3 gün saxlanıldıqdan sonra detal yoxdur deyə, həmin günlər ərzində sifariş yazılıb. Bu məqsədlə pul ayrılıb və həmin gizli anbardakı detallardan istifadə edilərək, pullar mənimsənilib».
Arif Cavadov məktubunda toplam 2 milyon manatlıq mal və materialın bu şəkildə gizlədildiyi və sonradan satışa çıxarıldığını iddia edir. «Bu cür ciddi fakt ortada varkən kimsə bu işlərlə məşğul olanlara «gözün üstə qaşın var» demir. Bu dövlət əmlakını talayanlara himayədarlıqdır, ya yox?»
Dərin Özüllər Zavodunun işçisi bildirir ki, bu məsələ ilə balı hələ ötən ilin 24 yanvarında Azər adlı menecerlə söhbəti olub. «Ona bildirdim ki, baş verənlərlə bağlı prezidentə şikayət edəcəm. Cavbı bu oldu ki, gücüm çatmayacaq və istədiyim şəxsə də şikayət yaza bilərəm. Bəs, bu necə, prezidentə hörmətsizlikdir, ya yox?»
Yazıda qeyd olunan müəssisənin mövqeyini də dərc etməyə hazırıq.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər