BolgeXeber.Com » Xəbərlər » “Ekspress kredit” və “Maqnit” Mağazalar Şəbəkəsi vətəndaşları aldadır

“Ekspress kredit” və “Maqnit” Mağazalar Şəbəkəsi vətəndaşları aldadır

27-07-2015, 11:18
Oxunub: 6 560 “Ekspress kredit” və “Maqnit” Mağazalar Şəbəkəsi vətəndaşları aldadırMalların zəmanəti olsa da, sonradan onları geri qaytarmaq mümkün olmur

Ölkəmizdə günü-gündən çoxalan bir sıra şirkətlər müəyyən kampaniyalar adı altında vətəndaşları aldadırlar. Təəssüf ki, bu cür mağazaların sayı günü-gündən çoxalır. Belə şirkətlərdən biri də “Ekspress kredit” və “Maqnit” Mağazalar şəbəkəsidir. Bu şəbəkə vətəndaşları az zaman içərisIndə aldadaraq tora salır. Müəyyən kampaniyalar adı altında vətəndaşları özlərinə cəlb etməyə nail olurlar. Qeyd edək ki, “Ekpress kredit” və “Maqnit” eyni şəbəkədir.

Xüsusilə də reklamlar vasitəsilə istehlakçıların hüquqlarını pozurlar. Bu şəbəkə tək şəxsiyyət vəsiqəsilə hər kəsə imkan yaradır ki, oradan kreditlə mal götürsün. İşləyən və işləməyən bütün vətəndaşlar üçün isə bu əlverişli hesab olunur. Vətəndaş məhsulun qiymətinin baha olub-olmamasını, eyni zamanda hansı keyfiyyətə malik olması barədə düşünmədən “Maqnit” Mağazalar Şəbəkəsinin müştərisinə, eyni zamanda qurbanına çevrilir. 500 manatlıq məhsul müştəriyə 1000 manata başa gəlir. Lakin müştəri əlavə sənəd tələb olunmadığına görə məhsulu almaq qərarına gəlir. Sonradan ödənişi edə bilmədikdə problemlər yaranır. Şəbəkə problemli kreditlər şööbəsindən dəfələrlə müştəriyə xəbərdarlıq edir. Lakin xəbərdarlıqdan sonra nəticə hasil olmadıqda şəbəkənin işçiləri alınan məhsulu müştəridən alır. Ona görə də, işləməyən birinə kreditlə məhsul satmaq düzgün deyil. Çünki müştərinin işi yoxdursa, demək ödəmələrdə problemlərin olacağı əvvəlcədən aydındır. Qaldı ki, reklamlarda göstərilənlərə, onların heç biri reklamda göstərildiyi kimi deyil. Məsələn, bütün kondisionerlər ilkin ödənişsiz, 6 aya faizsiz kreditlə verilir. “Maqnit” Mağazalar Şəbəkəsinə daxil olduqda isə kondisionerlərin ilkin ödənişsiz verilmədiyini gördük. Soruşanda ki, mağazanın qapısında ilkin ödənişsiz yazılır. Satıcı dərhal özünü müdafiə edirmiş kimi ilkin ödənişin kondisionerlərə deyil, digər məhsullara aid olduğunu bildirdi. Bu cür yalançı reklamlarla insanları həm yorurlar, həm də aldadırlar. Sözsüz ki, bəzi müştərilər bu qədər yolu qət edib gəldiklərinə görə, oradan əliboş çıxmaq istəmirlər.

Reklamlarda ilkin ödənişsiz, hətta rayon qeydiyyatında olanlara belə kreditlə kompüter, soyuducu, qaz plitəsi, paltaryuyan maşın və başqa texniki avadanlıqlar vəd olunur. İlk baxışdan olduqca cəlbedici görünür və qulağa da xoş gəlir. Amma təəssüf ki, bu, sadəcə aldadıcı reklamdan başqa bir şey deyil.

Deməli, “Maqnit” mağazalar şəbəkəsi kreditə ehtiyacı olan şəxslərə düzgün olmayan və ya natamam məlumatlar verir. Onlar hansısa məhsulu kreditlə verərkən reklam lövhələrində göstərilən şərtlərlə bərabər digərlərini də irəli sürürlər. Kreditlər rayon qeydiyyatında olanlara yox, şəhər qeydiyyatlı şəxslərə verilir. Bundan başqa, müştəri kredit götürdüyü məhsul uçun 5 yaxın qohum və qonşuların əlaqə nömrəsini, iş yerlərinə bildirməlidir. Bu isə əhalinin alıcılıq qabiliyyətinin zəif olmasından istifadə edən dükan sahiblərinin oyunlarından başqa bir şey deyil. Bu yolla əhali mebel satışından tutmuş blenderə qədər kredit götürür və artıq pul ödəyir.

Bundan başqa bizə verilən məlumata görə, satılan məhsullar keyfiyyətsiz olur. Malların zəmanəti olsa da, sonradan onları geri qaytarmaq mümkün olmur. Nəticədə vətəndaşlar həm keyfiyyətsiz məhsul alır, həm də banka borclu qalırlar. Hazırda bununla bağlı paytaxt məhkəmələrində mülki işlər də var.