BolgeXeber.Com » Xəbərlər » Toyunuz mübarək olsun, amma “Mübarək”də olmasın

Toyunuz mübarək olsun, amma “Mübarək”də olmasın

27-07-2015, 13:49
Oxunub: 27 158 Toyunuz mübarək olsun, amma “Mübarək”də olmasınHacı Namiq bəyan edir ki, o, hər ay aidiyyatı olan qurumların haqqlarını verir və öz işini görür

Təki həmişə şadlıq olsun, toy olsun! Gözəl deyimdir, elə deyilmi? Amma təəssüflər olsun ki, son vaxtlar keçirdiyimiz və ya sadəcə iştirak etdiyimiz toy məclislərinin heç də hamısı şənlənməyə, şad olmağa əsas vermir. Xüsusən də bəzi şadlıq saraylarında keçiriliən məclislərdə toy sahiblərinə də, gələn qonaqlara da elə “toy tutulur” ki, adamın şənlənməyə halı da qalmır. Zövqsüz tərtibatlar, dadsız və keyfiyyətsiz yeməklər, qulaq batıran səsgücləndiricilər və ən əsası da bütün bu həngaməyə görə tələb olunan yüksək məbləğlər. Hərçənd yox, bəzi şadlıq evləri əslində həqiqətən də kifyət qədər aşağı məbləğdə “yer pulu” alırlar. Amma bu halda daha çox təhlükəyə məruz qoyulanlar həmin toyun süfrəsinə düzülmüş təamları dadan insanlar olur.Redaksiyamıza yeni daxil olmuş məlumatlarda fəaliyyətində çeşidli nöqsanların müşahidə olunduğu bu kimi müəssisələrdən birinin də Xətai rayonunda, Xocalı prospekti 15 ünvanında yerləşən “Mübarək” şadlıq sarayı olduğu bildirilir. Bu xüsusda aldığımız məlumatlarda ilk növbədə iddia olunur ki, bu şadlıq sarayının mətbəxində demək olar ki, heç bir gigiyenik qaydalara əməl edilmir. Məlumdur ki, Azərbaycan toyları bir qayda olaraq, bol süfrələr arxasında keçirilir. Və əlbəttə ki, toy edən hər bir kəs də gələn qonaqlarına ləzzətli və keyfiyyətli yeməklər ikram etmək istəyər. Amma bizə təqdim edilən məlumatlara görə, vətəndaşlar bu imkandan məhrum olurlar. İddia olunur ki, bu müəssisədə dünənki toy süfrəsindən “qənaət” olunmuş ərzaqların, hətta bişmiş yeməklərin belə “təzələnərək” bugünkü məclisin süfrəsinə düzülməsi artıq çoxdan adi bir hal olub. Bəzi mənbələr isə hətta iddia edirlər ki, bu gün “Mübarək” şadlıq sarayı müştərilərə keyfiyyətsiz və hətta sağlamlıq üçün təhlükəli ərzaqlardan hazırlanan qida təklif olunan restoranlar siyahısında ilk yerlərdən birini tutur. Həmçinin bu şadlıq evində olan mənbələr də təsdiq edirlər ki, burada keçirilən toyların birində əl vurulmamış və ya yarımçıq qalmış qidalar növbəti toyda süfrənin bəzəyinə çevrilir. Nəticədə isə toy sahibi pulundan, qonaqlar isə sağlamlıqlarından olurlar. Əldə etdiyimiz digər bir məlumata görə isə, bu şadlıq sarayına gələn ət məhsulları, içkilər və digər qida məhsulları hansısa gizli yerlərdə, çox ucuz qiymətə tədarük olunur. Hətta Rusiya markası altında stola qoyulan araqlar da qeyri-leqal fəaliyyət göstərən sexlərdə kustar üsülla hazırlanır. Belə isə maraqlıdır, görəsən Xətai rayon Gigiyena və Epidemiologiya Mərkəzi heç bir gigiyenik qaydalara əməl olunmayan bu müəssisədə nədən yoxlamalar aparmır? Aldığımız məlumata görə “Mübarək” şadlıq evində heç bir kassa aparatı da yoxdur ki, bu da vergidən yayınmalara gətirib çıxarır. Lakin “Mübarək” şadlıq sarayında yol verilən qanun pozuntuları təkcə ərzaq spekulyasiyaları ilə bitmir. Məlumatları təqdim edən mənbə bu müəssisənin rəhbəri Hacı Namiq tərəfindən tətbiq olunan digər “qənaət üsulları”ndan da bəhs edir. Açıqlamada göstərilir ki, şadlıq sarayına çəkilmiş qeyri-qanuni xətlər vasitəsilə bu obyektdə mütəmadi olaraq su, qaz yanacağı və elektrik enerjisi oğurluğu da həyata keçirilir. Digər tərəfdən isə, Hacı Namiq bu xüsusda ona qarşı irəli sürülən iradlara cavab olaraq bəyan edir ki, guya o, hər ay aidiyyatı olan qurumlarla hesablaşır, yəni haqqlarını verir və öz işini də görür. Bəs görəsən bütün bu özbaşınalıqlardan əziyyət çəkən vətəndaşların haqqlarını kim və nə zaman verəcək?bizimdovr.az



Qarşı tərəfin də mövqeyini dərc edə bilərik.