Sumqayıtda maaşını ala bilməyən şirkət işçisi özünü yandırdı və öldü
27-07-2015, 16:49
Oxunub: 4 967
Altı aydır ki, çalışdığı şirkətdən pulu ala bilməyən Məhəmməd Əliyev ofisin qarşısında özünə od vurub
Azərbaycanda maaşını ala bilməyən kişi özünü yandırdı. İyul ayının 22-də özünə od vuran 1955-ci il təvəllüdlü Məhəmməd Əliyev bu gün səhər saatlarında Respublika Yanıq Mərkəzində keçinib.
Mərhumun bacısı Zemfira Əliyeva ans-ə bildirib ki, qardaşının özünü yandırmasına səbəb 7 ildir işlədiyi inşaat şirkətindən son 6 ayda maaşını ala bilməməsi olub: "Məvacibini ala bilməyən Məhəmməd şirkətin Sumqayıtda yerləşən ofisinə gedib. Ofisdə şirkətin rəhbər işçiləri ilə Məhəmməd Əliyev arasında mübahisə yaranıb".
Bu mübahisədən sonra M.Əliyev ofisin həyətində üzərinə benzin tökərək özünü yandırıb.
Ofis işçilərinin köməyi ilə alov söndürülüb və o, dərhal Sumqayıt xəstəxanasına gətirilib. Bədəninin 85%-i yanmış Məhəmməd bir neçə gün xəstəxanada qalıb.
Həkimlər onun vəziyyətinin ağırlaşdığını görərək iyulun 25-də Bakıda yerləşən Respublika Yanıq Mərkəzinə göndəriblər.
Yanıq mərkəzində 2 gün qalan Məhəmməd Əliyev bu gün səhər saatlarında xəstəxanada dünyasını dəyişib.
Artıq iş Sumqayıt şəhər prokurluğunda araşdırlmağa başlayıb. Prokurorluğun əməkdaşları xəstəxanaya da gəliblər.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorloğunda cinayət işi açılıb, araşdırma aparılır.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər