BolgeXeber.Com » Xəbərlər » “Laçın” Ticarət Mərkəzinin qızıl şöbəsində sahibkarlar qan ağlayır

“Laçın” Ticarət Mərkəzinin qızıl şöbəsində sahibkarlar qan ağlayır

29-07-2015, 10:00
Oxunub: 5 489 “Laçın” Ticarət Mərkəzinin qızıl şöbəsində sahibkarlar qan ağlayırİcarə haqqı günü-gündən artırılırcarə haqqı günü-gündən artırılır

"Laçın" Ticarət Mərkəzində yerləşən qızıl şöbəsiylə bağlı problemlər bitib-tükənmək bilmir. Belə ki, bir neçə ay bundan öncə də ticarət mərkəzinin fəaliyyəti dayandırılmışdı. Sonra bəlli oldu ki, işıqpulunu ödəmədiklərinə görə obyektə enerjinin verilməsini dayandırıblar. Bu səbəbdən də ticarət mərkəzinin fəaliyyəti dayandırılıb. Ödəniş edildikdən sonra mərkəzin fəaliyyəti yenidən bərpa olundu. Lakin əsas problemlər həmin obyektdə üçüncü mərtəbədə fəaliyyət göstərən qızıl şöbəsində yaşanır. Belə ki, bu şöbədə çalışanların nə günü var, nə də güzəranı. Tez -tez qızıl şöbəsində yer pullarını qaldırırlar. Bu da sahibkarların ciddi narazılığına əsas yaradır. Hər ay sahibkarlardan 50-100 manat vergi alırlar. Bundan başqa sahibkarlar illik ödəniş də edirlər. Yəni sözlərindən belə çıxır ki, nə qazanırsınızsa, bizə verməlisiniz. Bu vəziyyət sahibkarların ciddi narazılığına səbəb olur. Sahibkarlar bildirirlər ki, bazarda alver zəifləyib. Əvvəllər alver yaxşı idi. Lakin son illər qızıl alanların da sayı azalıb. Ona görə də aylıq icarə haqqını belə toplayıb verə bilmirik. Bundan əlavə də hər ay aylıq icarə haqqını qaldırırlar. Bizi başa düşmürlər. Axı hər kəs bir tikə çörəyə görə burdadır. Amma bunları nəzərə alan belə yoxdur. Bu dəqiqə hər kəs vitrinə mal vurmaq üçün bankdan kredit götürüb. Özünüz də bilirsiniz ki, kredit faizləri necə yüksəkdir. Bilmirik kreditimizi ödəyək, ailəmizi dolandıraq, yoxsa gündən-günə artan icarə haqqını ödəyək. Bizi başa düşən yoxdur".

Sahibkarlar onu da bildirirlər ki, aylıq ödənişdən əlavə işıq pulu, zibil pulu, mühafizə pulu da ödəyirlər. Lakin Laçın Ticarət Mərkəzinin rəhbərini isə heç nə maraqlandırmır. Bu şəxsi yalnız ticarət mərkəzindən gələn qazanc maraqlandırır. Bir az səsini yüksəldəni isə qapı dalında qoyur. Ona görə də bu şəxsin rəhbərliyi altında işləmək istəyiriksə, gərək onun çaldığı havaya oynayaq. Yoxsa bir tikə çörəyimizdən də olarıq.

Bundan başqa bizə verilən məlumata görə, rəhbərliyin əlindən cana yığılan sahibkarlar da vətəndaşları aldatmaqla məşğuldurlar. Belə ki, qızıl keyfiyyətindən başı çıxmayan adamları bir anın içində tora salmağı bacarırlar. Ona görə də qızıl almağa gedən alıcılar mütləq yanlarında başı çıxan adamla getsinlər, yaxudda qızıl satan tanış adamlardan alsınlar. Əks halda fırıldaqçı sahibkarların qurbanına çevrilə bilərlər. belə ki, alıcılar bildirirlər ki, "Laçın” Ticarət Mərkəzinin qızıl şöbəsində keyfiyyətsiz və baha qızıllar satılır. Dəfələrlə satıcılarla alıcı arasında narazılıqlar yaransa da, satıcılar özlərinə haqq qazandıraraq keyfiyyətsiz qızıl satmadıqları alıcını inandırıblar. Lakin alıcıların məlumatsızlığından istifadə edən qızıl şöbəsinin işçiləri aşağı növ brilyantları alıcılara ən bahalı və keyfiyyətli məhsul adı ilə təqdim edir. Mənbə həmçinin söyləyir ki, "Laçın"a saxta qızıllar əsasən Dubaydan və Türkiyədən gətirilir. Onların əyar damğası da məhz bu ölkələrdə saxta şəkildə vurulur. Ümid edirik ki, Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti bu məsələni diqqətdə saxlayacaq.

Qeyd edək ki, "Laçın" Ticarət Mərkəzinin sahibinin Türkiyədə də böyük biznes şəbəkəsinin mövcud olduğu və onun "AST Telman" kimi tanınan milyarder Telman İsmayılovla bəzi şərikli layihələr həyata keçirdiyi də yayılan xəbərlər arasındadır.gundelik-baku.com



Yazı ilə bağlı qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.