Prokurorluq orqanlarına işə qəbulla əlaqədar imtahan keçirilib
28-07-2015, 17:00
Oxunub: 2 959
İyulun 28-də prokurorluq orqanlarına işə qəbul olunmaq arzusunda olan şəxslər üçün vakant ştat vahidləri üzrə elan edilmiş işə qəbulun növbəti yazılı imtahan mərhələsi keçirilmişdir
Bolgexeber.com xəbər verir ki, Baş Prokurorluğun Müsabiqə Komissiyası tərəfindən imtahanın tam aşkarlıq şəraitində, şəffaf və obyektiv prosedurlar əsasında keçirilməsi üçün bütün zəruri tədbirlərin görülməsi təmin edilmişdir. İmtahanı 30-a yaxın hökumət, qeyri-hökumət və kütləvi informasiya vasitələrinin nümayəndələri müşahidə etmişlər.
Azərbaycan Respublikası Prokurorluğu orqanlarında müsabiqə yolu ilə işə qəbulun həyata keçirilməsi kadr korpusunun şəffaf prosedurlar əsasında formalaşmasının ən sivil və demokratik yolu olmaqla bərabər, həm də xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən təməli qoyularaq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla reallaşdırılan dövlət gənclər siyasətinə tam uyğun şəkildə aparılır. 2002-ci ildən başlayaraq prokurorluğa işə qəbulun bu yolla həyata keçirilməsi kadr tərkibinin hərtərəfli biliyə və yüksək mənəvi keyfiyyətlərə malik, dövlətçilik ideyalarına sədaqətləri ilə seçilən gənc mütəxəssislər hesabına komplektləşdirilməsi üçün geniş imkanlar yaratmış, ölkə həyatının bütün sahələrində gənclərin əməyindən hərtərəfli istifadə olunması barədə Dövlət başçısının verdiyi tapşırıqların icrası yolunda mühüm vasitə olmuşdur.
Müsabiqə yolu ilə işə qəbul edilmiş gənc mütəxəssislər hazırda prokurorluğun kadr korpusunun 54 faizini təşkil etməklə təyinat aldıqları müxtəlif vəzifələrdə səmərəli fəaliyyət göstərirlər. Xidmətdə fərqləndiklərinə və vəzifələrini nümunəvi icra etdiklərinə görə müsabiqə yolu ilə qulluğa qəbul edilmiş 631 gənc hüquqşünasın bir çoxu prokurorluğun müxtəlif struktur qurumlarında məsul vəzifələrə irəli çəkilmişlər.
Müsabiqənin yazılı imtahan mərhələsində iştirak edən 38 namizəddən 7-si qadın olmaqla, 28-i Bakı Dövlət Universitetinin, 2-si Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının, 2-si Naxçıvan Dövlət Universitetinin, 3-ü Milli Aviasiya Akademiyasının, 3-ü isə digər ali təhsil müəssisələrinin məzunlarıdır.
“Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqənin keçirilməsi Qaydaları”na müvafiq olaraq yazılı imtahan işləri “ikiqat yoxlama” üsulu ilə Baş Prokurorluğun Müsabiqə Komissiyası və dəvət olunmuş mütəxəssislər tərəfindən yoxlanıldıqdan sonra yekun nəticələr kütləvi informasiya vasitələri ilə ictimaiyyətə açıqlanacaq, eyni zamanda bu barədə məlumatlar Baş Prokurorluğun internet saytında (www.prokurorluq.gov.az, www.genprosecutor.gov.az,) yerləşdiriləcəkdir.
Müsabiqə ilə bağlı ətraflı məlumat almaq üçün 437-28-56, 492-62-23, 492-63-62 və 492-74-32 nömrəli telefonlar vasitəsilə müraciət etmək olar.
Çox Oxunanlar
- 6-05-2023, 18:36 : Krım üzərində ballistik raket vuruldu
Dünya / Xəbərlər
- 26-05-2023, 12:17 : Sevilya - Roma: 1xBet Avropa Liqasının finalını təhlil edirik
Xəbərlər / Ölkə
- 13-05-2023, 18:10 : “Azəriqaz” yerli qaz sayğaclarını quraşdırmağa başlayır
Xəbərlər / Ölkə
- 9-05-2023, 18:29 : Günel həm "Banu"dan, həm də ölkədən getdi
Şou-Biznes / Xəbərlər
- 4-05-2023, 18:40 : Cənub bölgəsi gənclərinin karyera inkişafı istiqamətində “Turizm bələdçiliyi” bacarıqlarının artırılması adlı layihə yekunlaşıb
Bölgə / Xəbərlər
- 20-05-2023, 18:24 : Müxalifət siyasətə belə yanaşır - Ərdoğan
Dünya / Xəbərlər
- 27-05-2023, 18:20 : Rusiya MN-ə məxsus “Niva” vuruldu: ölənlər var
Dünya / Xəbərlər
- 6-05-2023, 17:32 : Boksçumuz iranlı rəqibini məğlub etdi
İdman / Xəbərlər
- 12-05-2023, 13:04 : Kamaləddin Qafarov: “Heydər Əliyev qəlbimizdə hər zaman xilaskar kimi yaşayacaq”
Analitika / Xəbərlər
- 9-05-2023, 10:48 : Kamaləddin Qafarov: “Azərbaycan faşizm üzərində qələbəyə möhtəşəm töhfələr verib”
Analitika / Xəbərlər