BolgeXeber.Com » Xəbərlər » Beyləqanın icra başçısı vətəndaşların hüquqlarını pozur

Beyləqanın icra başçısı vətəndaşların hüquqlarını pozur

29-07-2015, 11:22
Oxunub: 3 670 Beyləqanın icra başçısı vətəndaşların hüquqlarını pozurSakinlər problemlər içərisində boğulur

Rayon icra başçılarının özbaşınalığı artıq rayon sakinlərini dilə gətirib. Redaksiyamıza Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayevlə bağlı xoşagəlməz məlumatlar daxil olur. Sözügedən icra başçısının fəaliyyətində bir sıra nöqsanlar, çatışmazlıqlar var. Belə ki, icra başçısı qanundankənar işlərlə məşğuldur. Üzərinə düşən öhdəliklərdən kənarda qalan icra başçısı ancaq özü üçün çalışır.

Rayonun vəziyyəti icra başçısını maraqlandırmır. Sakinlərin çoxsaylı şikayətlərinə məhəl qoymayan Vaqif Abdullayev rayonda vətəndaşların durumunu çətinləşdirib. Artıq ailələr kimə müraciət edəcəklərini bilmirlər. İlk növbədə yollar bərbad vəziyyətdədir. Demək olar ki, tamamilə sıradan çıxıb. İcra başçısı özünün gedib-gəldiyi yolları təmir elətdirib. Qalan yollar keçilməz durumdadır. Vətəndaşlar dəfələrlə yolların bərpası üçün icra başçısına müraciət etsə də, Vaqif Abdullayev sakinlərin ərizəsini cavabsız qoyub. Baxmayaraq ki, dövlət büdcəsindən rayonun təmiri üçün külli miqdarda vəsait ayrılıb, yollar hələ də bərbad haldadır. Rayonun yolları belə vəziyyətdədirsə, görün kənd yolları nə vəziyyətdədir. Qış ayları gələndə kənd sakinlərinin rayona gediş-gəlişi çətinləşir. Demək olar ki, insanlar rayona gəlib-gedə bilmirlər. Məlumatda o da qeyd olunur ki, rayonun kəndlərində insanların yaşayış səviyyəsi həddindən artıq aşağıdır. Mavi yanacaq kəndlilər üçün hələ də problem olaraq qalmaqdadır. Sakinlər bildirirlər ki, kəndə yanacaq xətlərinin çəkiləcəyinə ümidləri yoxdur. Çünki rayonun elə yeri var ki, orada insanlar mavi yanacaqdan normal şəkildə istifadə edə bilmirlər. Demək olar ki, günlərlə qaz verilmir. Belə olan halda isə kəndlərə qazın veriləcəyinə ümdiləri olmayan kəndlilər heç olmasa odunla normal şəkildə təmin olunmalarını arzulayırlar. Hazırda yay fəsli olduğundan insanlar su üzünə belə həsrət qalıblar. Rayonun elə yerləri var ki, orada sakinlər su sarıdan əziyyət çəkirlər. Suyu pulnan alan sakinlər satılan suyu baha qiymətə aldıqlarından şikayətlənirlər. Susuz qalmamaq üçün vətəndaşlar baha da olsa sudan almağa məcbur olduqlarını bildirirlər. Sakinlər bildirirlər ki, kimin pulu varsa, həmin ailələri suyla təmin edirlər. Yəni su xətləri çəkilir. Dəfələrlə icra başçısına mövcud problemlərlə bağlı şikayətlərini bildirsələr də, Vaqif Abdullayev sakinləri dinləməyib. Ona görə də hazırda rayon camaatı icra başçısının vəzifədən getməsini tələb edir. Bu şəxsin icra strukturunda qalmasını istəmirlər.

Qeyd edək ki, o 1992-1994-cü illərdə Azərbaycan Respublikası Prezidenti İcra aparatının nəşri olan “Yurd” jurnalında şöbə müdiri, 1994-2000-ci illərdə Azərbaycan Respublikası Prezidentinin İşlər idarəsində məsləhətçi vəzifəsində çalışıb. İkinci çağırış Milli Məclisin deputatı olub. Daha sonra Xızı Rayon İcra Hakimiyyətinin başçısı olub.

Bizə verilən məlumata görə, bu şəxs vəzifəyə gələndən bəri nə rayon, nə də sakinlər üçün mühum işlər görməyib. Deyilənə görə, dövlət tərəfindən ayrılan vəsaitləri lazımi yerlərə sərf etməyib. İcra başçısı özünə nəhəng biznes şəbəkəsi qurmağa müvəffəq olub. Onun indiyədək 4 əzəmətli, bahalı villası var idisə artıq yenisini də əldə edib. Mənbənin bildirdiyinə görə, Vaqif Abdullayev sonuncu villasını bu yaxınlarda paytaxtın ən məşhur küçələrindən biri olan Teymur Əliyevdə alıb. Ona görə də bu şəxsin bu qədər villaya sahib olması onu göstərir ki, dövlət büdcəsindən rayona ayrılan vəsaitlər hara xərclənib.

gundelik-baku.com