BolgeXeber.Com » Xəbərlər » Bos Shelf MMC-də iş yerləri satışa çıxarılıb

Bos Shelf MMC-də iş yerləri satışa çıxarılıb

29-07-2015, 12:05
Oxunub: 4 342 Bos Shelf MMC-də iş yerləri satışa çıxarılıb Bos Shelf-də sürücü işləmək üçün vətəndaşın 3000 manat verməsi şərtdir

Azərbaycanda hökumət hər nə qədər iddia etsə də, işsizlik səviyyəsi yüksək olaraq qalır. Bu səbəbdən də iş axtaranlar çox vaxt pul verərək, özlərinə satbil maaşlı iş yerləri tapmaq məcburiyyətində qalırlar. Xüsusən də, bu dövlət işlərində daha keçərli bir haldır.

Amma özəl sektorda çalışmaq istəyənlər üçün də qapılar birmənalı olaraq açılmır. JAM.AZ xəbər verir ki, bəzi şirkətlər işçiyə təlabatları olduqları halda, oraya götürüləcək adamlara qazanc mənbəyi olaraq baxırlar. Bu məsələdə adı hallanan şirkətlərdən biri də Bos Shelf MMC-dir.

Redakksiyamıza müraciət edən vətəndaşların iddiasına görə, adıçəkilən şirkətin rəhbərliyində təmsil olunan şəxslər iş yerlərini satışa çıxarıblar. JAM.AZ-a daxil olan məlumatda vurğulanır ki, şirkətin rəsmilərindən olan Nicat Qəhrəmanov və Anar Qarayev iş yerlərinin satışı prosesində ən aktiv şəxslər olaraq tanınırlar.

Həmin iddiaya görə, Bos Shelf-də sürücü işləmək üçün vətəndaşın 3000 manat verməsi şərtdir və bu proses Nicat Qəhrəmanovun nəzarəti altındadır. Digər işlərdə çalışmaq arzusunda olanlar isə Anar Qarayevə müraciət etməlidirlər. Və bu zaman onlara qiyməti 6000 manatdan başlayan iş yerləri təklif olunur.

Bu iddiaların nə qədər real olduğunu demək çətindir. Amma Azərbaycan reallığına baxıldıqda, heç də mümkünsüz görünməyən bir məsələdir. Məsələni dəqiqləşdirmək üçün sözügedən şirkətlə əlaqə saxlamaq cəhdlərimiz alınmadı. Qarşı tərəfi də dinləməyə hazırıq.