Ağdamlı köçkünün özünü yandırması faktı üzrə cinayət işi başlanıb
29-07-2015, 16:53
Oxunub: 4 462
Ağdam rayonundan olan məcburi köçkünün Bakıda özünü yandırması faktı ilə bağlı cinayət işi açılıb
Bakı Şəhər Prokurorluğundan Bolgexeber.com-a verilən məlumatda bildirilir ki, iyulun 27-də saat 17 radələrində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Sabunçu rayonu üzrə sektorunun inzibati binasının qarşısında Ağdam rayonundan olan məcburi köçkün, 1961-ci il təvəllüdlü Nəsibov Sahib İsmayıl oğlunun üstünə benzin tökərək özünü yandırması və aldığı yanıq xəsarətləri ilə bağlı xəstəxanaya yerləşdirilməsi faktına görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
İş üzrə məhkəmə-tibb ekspertizası təyin edilib və digər zəruri istintaq hərəkətləri yerinə yetirilib.
S. Nəsibovun səhhəti normaldır, yaxın günlərdə evə buraxılması nəzərdə tutulur.
Hazırda iş üzrə cinayətin baş vermə səbəblərinin müəyyənləşdirilməsi istiqamətində istintaq tədbirləri davam etdirilir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər