BolgeXeber.Com » Xəbərlər » Bizi “Qarabağ” zövqündən kim məhrum edir?- "Seltik"-"Qarabağ" matçı canlı yayımlanmayacaq
Bizi “Qarabağ” zövqündən kim məhrum edir?- "Seltik"-"Qarabağ" matçı canlı yayımlanmayacaq
29-07-2015, 21:59
Oxunub: 4 453
Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin bu gün keçiriləcək “Seltik” - “Qarabağ” oyunu canlı yayımlanmayacaq
Bolgexeber.com xəbər verir ki, bu haqda qol.az-a “Qarabağ”ın direktoru Əmrah Çəlikəl məlumat verib. O qeyd edib ki, bir gün əvvəl matçın Azərbaycan dövlət televiziyasında yayımı ilə bağlı tərəflər arasında ilkin razılıq əldə olunub.
Əmrah Çəlikəl bildirib ki, bu gün isə “Seltik” tərəfi matçın ümumiyyətlə, yayımlanmayacağı qərarını verib.
“Qarabağ” və AzTV-dən asılı olmayan səbəblərə görə, oyun canlı yayımlanmayacaq. “Seltik” klubu azarkeşlərinin stadiona gəlişini təmin etmək üçün oyunun heç bir kanalda yayımlanmaması haqda qərar verib” – deyə Ə.Çəlikəl bildirib.
Xatırladaq ki, oyunun yayımlanmayacağı haqda ilk xəbər “İdman Azərbaycan” kanalının rəsmi saytında yerləşdirilmişdi. Həmin məlumatı olduğu kimi təqdim edirik:
“Artıq bununla bağlı qarşı tərəflə danışıqlar aparılmış və ilkin razılıq əldə olunmuşdu. Hətta oyunun göstəriləcəyi ilə bağlı anons da hazırlanmışdı. Ancaq yayım baş tutmaya bilər. Belə ki, Şotlandiya təmsilçisi son anda qarşılaşmanın yayım hüququnu satmaqdan imtina edib. Şotlandlar səbəb kimi çox gülünc məntiqə əsaslanırlar. Onlar guya Azərbaycanda internet saytlarının qanunsuz olaraq “İdman Azərbaycan” kanalını onlayn olaraq öz səhifələrində yerləşdirilməsini əsas gətirərək qarşılaşmanın ölkəmizdə göstərilməsini istəmirlər. Belə olan təqdirdə "Seltik" tərəfi Şotlandiyada da görüşün bu saytlar vasitəsilə izləniləcəyini qanunsuz hesab edir. “İdman Azərbaycan” kanalı hazırda oyunun canlı yayımlanması üçün Şotlandiya klubu, habelə oyunu həmin ölkədə yayımlayacaq telekanalla danışıqları davam etdrir. Ancaq telekanal rəhbərliyi onu da bildirir ki, əgər "Seltik" rəhbərliyi oyunun yayım hüququnu Azərbaycan televiziyasına verməkdən imtina etsə, o zaman artıq AzTV-dən asılı olmayan səbəblər üzündən “Seltik” – “Qarabağ” matçı canlı göstərilməyəcək. Yayımın baş tutmamasına görə, bütün məsuliyyət "Seltik" klubunun üzərinə düşür”.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər