BolgeXeber.Com » Xəbərlər » Deputatın "AGBank"ında “çirkli pul” əməliyyatı

Deputatın "AGBank"ında “çirkli pul” əməliyyatı

30-07-2015, 14:34
Oxunub: 3 060 Deputatın "AGBank"ında “çirkli pul” əməliyyatı"AGBank"ın Müşahidə Şurasının sədri Çingiz Əsədullayev və İdarə Heyətinin sədri Azər Mövsümovun fəaliyyəti müştərilərin kəskin narazılığına səbəb olur

Bolgexeber.comgundelik-baku.com-a istinadən məlumat verir ki, hesablaşma-kassa xidmətləri, istehlak və biznes kreditləri, korporativ kreditlər, depozitlər, plastik kartlar, pul köçürmələri, sənədli əməliyyatlar xidmətləri ilə bağlı şikayətləri artır.
Deputat Çingiz Əsədullayevin bankı bir neçə ay öncə "çirkli pullar"ın "yuyulmasında" ittiham olunurdu. Bu sensasion iddia ilə Kaliforniya Universitetinin araşdırmaçı-mütəxəssisi Deymon Mak-Koy çıxış etmişdi.
Oxşar iddia barədə ötən ilin iyununda "KrebsOnSecurity" Kaliforniya Universitetinin (San-Dieqo) onlayn apteklərlə bağlı apardığı araşdırmaların nəticəsi haqqında məlumat yayılıb.
Bəlli olub ki, internet üzərindən qanunsuz dərman satışı ilə məşğul olan onlayn apteklərin gəlirləri "tərəfdaşlıq" proqramları vasitəsi ilə əsasən "Azəriqazbank"da "yuyularaq" nağdlaşdırılıb. Lakin nədənsə həmin vaxt bank rəhbərliyi bununla bağlı heç bir açıqlama verməyib.

Paytaxt sakini Sədaqət Hüseyn qızı Namazova mətbuata ünvanladığı müraciətində də "AGBank" tərəfindən hüquqlarının pozulduğunu iddia edib. Onun bildirdiyinə görə, bankın əməkdaşları hər vasitəyə əl ataraq girov qoyulan evləri ələ keçirir, barələrində məhkəməyə şikayət etdikdə isə saymazyana şəkildə məhkəmələrdə iştirak etməkdən yayınırlar:
"2008-ci ildə iki nəfər ilə birlikdə mən də 4 otaqlı evimi girov qoyaraq "Azəriqazbank"dan 250 min dollar kredit götürdük. Bir il ərzində şəxsən mən banka 119 min 188 dollar ödəniş etdim. Ümumilikdə isə bizim tərəfimizdən banka 165 min dollar pul daxil olmuşdu.

2010-cu ildə kredit müddətinin bitməsinə 6-7 ay qalmış iki nəfər tərəfindən gecikdirmələr oldu. Nəticədə bizə bildirdilər ki, yerdə qalan borcumuz 158 min dollar gecikmələrə görə üstünə faiz gəldiyindən 240 min dollar olub. Belə olacağını gözləmirdik. 240 min dollar açıq-aşkar şişirdilmiş rəqəm idi. Bununla bağlı bank rəhbərliyinə şikayət etdikdə "kimə istəyirsiz şikayət edin, sizin müraciətlərinizə heç kim baxmayacaq, evlərinizi isə əlinizdən alacağıq" cavabını aldıq".
Sədaqət Namazova vəziyyətin qəlizləşdiyini gördükdə problemin ədalətli şəkildə həllinə nail olmaq üçün Nərimanov Rayon Məhkəməsinə müraciət etdiyini qeyd edib: "Məhkəmə bizim borcumuzun 240 min deyil, 202 min 320 dollar olduğu və bunun tez bir zamanda ödənilməsi üçün girov qoyulan evlərin hərraca çıxarılması barədə qərar qəbul etdi.
Beləliklə, digər iki şəxs kimi mənim də Məhəmməd Hadi 111, mənzi 102-də yerləşən 4 otaqlı evim hərraca qoyuldu. Qərar çıxan kimi elə həmin gün məni qətiyyətlə evdən çıxartdılar. Hətta paltarımı belə, evdən çıxarda bilmədim. Nəhayətdə evlər satıldı, lakin bizə heç bir qalıq təqdim edilmədi. Bununla bağlı Səbail Rayon Məhkəməsinə müraciət etdik. Məhkəmə bankın hərrac işinin obyektiv aparılmadığı barədə qərar qəbul etdi. Lakin qarşı tərəf işi Apelyasiya Məhkəməsinə verdi.
Apelyasiya Məhkəməsindəki hakim işi təhlil etmədən, araşdırma aparmadan Səbayel Rayon Məhkəməsinin çıxartdığı qərarı ləğv edərək bankın xeyrinə qərar verdi. Bankın əməkdaşları açıq-aşkar bizə bildirirdilər ki, məhkəmələrdə onlara dayaq duran şəxslər var. Ali Məhkəməyə müraciət etdim. Qarşı tərəf məhkəmələrə gəlmədi, buna baxmayaraq məhkəmə çıxarılan qərarı qüvvədə saxladı".

Çingiz Əsədullayev əlində olan imkanlardan, eləcə də bəzi yüksək çinli məmurlarla əlaqələrindən istifadə edərək rəhbərlik etdiyi bankın üzləşdiyi problemləri asanlıqla yoluna qoymaqla yanaşı, müştərilərin hüquqlarını da pozmaqdan çəkinmir.