Nabranda naməlum şəxslər gənc oğlanla qızı kı kottecdən oğurladı - DƏHŞƏT
31-07-2015, 11:07
Oxunub: 4 006
Bu gecə Nabrandakı istirahət mərkəzlərinin birində qeyri-adi insident olub
Onlar gənc oğlanı otaqdan sürüyə-sürüyə çıxardıblar.
Bu gecə Nabrandakı istirahət mərkəzlərinin birində qeyri-adi insident olub.
Bolgexeber.com xəbər verir ki, Virtualaz.org saytının şimal zonası üzrə xüsusi müxbirinin verdiyi məlumata görə, mülki geyimdə olan 20 nəfərə yaxın şəxs gecə saat 1-də “Bulaq” istirahət zonasına gedərək oradakı kotteclərin birində istirahət edən gənc oğlanla qızı naməlum istiqamətə aparıb.
Xəbərdə deyilir ki, naməlum adamlar cütlüyün dincəldiyi 12 saylı kottecə soxulub. Onlar gənc oğlanı otaqdan sürüyə-sürüyə çıxarıb və zor tətbiq etməklə maşına oturdublar. Gənc qızla isə həddən artıq nəzakətlə davranıblar, hətta tanınmasın deyə qızın üzünü gizlətməyə çalışıblar.
Naməlum şəxslər gənc oğlan və qızla yanaşı “Bulaq” istirahət zonasının Elşad adlı inzibatçısını da özləri ilə aparıblar.
İstirahət zonasının əməkdaşları deyiblər ki, onlar ilk dəfədir belə halla üzləşirlər və həmin adamların kim olduğunu bilmirlər.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər