İlahiyyatçı Tale Bağırov azadlığa buraxıldı
31-07-2015, 11:53
Oxunub: 4 730
“Müsəlman Birliyi” hərəkatının sədri, ilahiyyatçı Tale Bağırov ötən gecə azadlığa buraxılıb
Bu barədə AzadXeber.az-a Tale Bağırovun yaxınları məlumat verib.
Məlumatda qeyd olunur ki, Tale Bağırov Qobustan qapalı tipli həbsxanasından gecə saatlarında azadlığa çıxıb. Onun artıq evdə olduğu bildirilib.
Qeyd edək ki, Tale Bağırovun bu gün səhər saatlarında həbsdən azad olunacağı gözlənilirdi.
İlahiyyatçı Tale Bağırov narkotik maddə saxlamaqda təqsirləndirilərək, 2013-cü il martın 31-də Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həbs olunub. Onun həbsi Azərbaycanda dindarların ciddi narazılığı ilə qarşılanmışdı. Tale Bağırova qarşı Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham irəli sürülüb.
31 yaşlı T.Bağırov Bakıda doğulub. Əslən İsmayıllının Lahıc kəndindəndir. Evlidir, 2 oğlu var. Həm dünyəvi, həm də dini təhsil alıb. Azərbaycan İqtisad Universitetini bitirib. 2005-2010-cu illərdə İranın Qum şəhərində dini təhsil alıb. 2010-cu ildən, 2011-ci ilin mayınadək İraqın Nəcəf şəhərində dini təhsilini davam etdirib.
Hacı Tale dini təhsilini bitirib Azərbaycana döndükdən az sonra – 2011-ci il mayın 6-da Təhsil Nazirliyi qarşısında keçirilən “Hicaba azadlıq” aksiyasında iştirak etdiyi üçün həbs olunub və 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. İl yarım məhkumluq həyatı yaşayan ilahiyyatçı 2012-ci ilin noyabrında azadlığa çıxıb.
O, Azərbaycanın ayrı-ayrı rayonlarına gedərək dini moizələr oxuyurdu.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər