“Parabank” da bağlana bilər - 40 milyonluq dələduzluğa görə
31-07-2015, 16:32
Oxunub: 4 540
“Kia Motors Az” MMC-də cinayət işi başladılıb, onun rəhbəri Səxavət Səfərovun digər obyekt və müəssisələrində isə ciddi yoxlamalara start verilib
Cinayət əməlləri aşkarlandı.
“Parabank”da Vergilər Nazirliyi və Mərkəzi Bank böyük yoxlamalara başlayıb.
“Qafqaznews” xəbər verir ki, AzNews.az saytının əldə etdiyi məlumata görə, yoxlamalar nəticəsində milyonlarla vəsaitin vergidən yayındırılması, daxil olmalarla bağlı sənədlərin saxtalaşdırılması və başqa cinayət əməlləri aşkarlanıb.
Bildirilir ki, nöqsanlar o həddədir ki, bankın fəaliyyəti hər an dayandırıla bilər.
Araşdırmalara “Kia Motors Az” MMC-nin dövlətdən gizlətdiyi 40 milyon manatı “Parabank”ın Nəsimi filialında qeyri-qanuni şəkildə saxlamasının aşkarlanmasından sonra start verilib.
Elə buna görə də “Parabank” rəhbərliyi ilə “Kia Motors Az” MMC-nin faktiki rəhbəri Səxavət Səfərovun dostluq münasibətləri düşmənçilik həddinə çatıb.
Qeyd edək ki, “Parabank”ın Nəsimi filialana “Kia Motors Az” MMC-nin faktiki rəhbəri Səxavət Səfərovun oğlu Əşrəf Səfərov rəhbərlik edir.
Daha öncə “Kia Motors Az”-ın dövlətdən 40 milyona yaxın pul gizlətdiyi və pulları “Parabank”ın “Nəsimi” filialında qeyri-qanuni şəkildə saxladığı, həmçinin bununla bağlı bir çox cinayət hadisələrinin törədilməsi, eləcə də bir nəfərin müəmmalı şəkildə ölümü ilə bağlı məlumatlar verilmişdi.
Məlumatlarda bildirilirdi ki, “Parabank”da “Kia Motors Az” MMC-nin hesabatlarında yer almayan vəsaitləri saxlanılır. Həmin pullardan pul köçürmələrində istifadə olunub, tanış adamlara iri məbləğdə kredit kimi verilərək dövriyyəyə buraxılıb. Yəni bu pul, eləcə də ondan əldə edilən gəlirlər dövlətdən gizlədilib. S.Səfərovun bankdakı etibarlı şəxsi Fərhad Abbasov isə həmin məbləğin 1 milyon manata yaxınını gizli yolla götürərək xərcləyib və 2012-ci ilin yayında müəmmalı şəkildə ölüb.
Məhz bu müəmmalı ölümdən sonra 40 milyonluq dələduzluq ifşa olunub, “Kia Motors Az” MMC-də cinayət işi başladılıb, onun rəhbəri Səxavət Səfərovun digər obyekt və müəssisələrində isə ciddi yoxlamalara start verilib.
Öz növbəsində məsələ ilə bağlı açıqlama verən “Parabank”ın İdarə Heyətinin sədrinin I müavini Azər Rəhimli bunları bildirib:
““AzNews.az” informasiya portalının saytında 2015-ci il iyulun 29-da yazıb yaydığı – “Parabank” da bağlana bilər – 40 milyonluq dələduzluğa görə” başlığı altında məlumatla əlaqədar olaraq bildiririk ki:
Hazırda Vergilər Nazirliyi və Mərkəzi Bank tərəfindən heç bir yoxlamalar keçirilmir. Əvvəlki yoxlamalar zamanı isə qanun pozuntuları aşkarlanmayıb. Bank öz fəaliyyətini davam etdirərək müştərilərinə xidmət göstərir və filiallar şəbəkəsinin genişləndirilməsi üçün çalışır”.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər