Fırıldaqçı şirkət şəhid bacısını aldadıb
4-08-2015, 11:33
Oxunub: 4 070
Bakının Xətai rayonunda, kənd Əhmədli adlanan ərazidə yaşayan Aybəniz Mehdiyevanın qardaşı Qarabağ uğrunda döyüşlərdə şəhid olub
Hazırda beş nəfərlik ailəsilə qohumlarının evində sığınacaq tapdıqlarını deyən Aybəniz xanım onlara düşən mənzilin saxtakarlıqla başqa adama satılmasından şikayətçidir. O, bu haqda şikayət məktubunu müvafiq dövlət strukturlarına da göndərib.
Aybəniz Mehdiyeva deyir ki, həyat yoldaşı Xanlar Mehdiyev Azərbaycan Gənc Mütəxəssislərin Hüquqlarını Müdafiə Cəmiyyətinin üzvü, eyni zamanda, bu qurumun yaradıcılarından biri olub: “Həmin cəmiyyətin hesabına xeyli məbləğdə pul keçirib. Bir gənc mütəxəssis kimi işiylə əlaqədar ölkənin müxtəlif regionlarında işləyib. 2006-cı ildə sədr Valeh Nəsibov heç bir bildiriş göndərmədən və məlumat vermədən cəmiyyətin qurultayını keçirib və həyat yoldaşımı cəmiyyət üzvlüyündən xaric edib. Valeh Nəsibov ”ANT" tikinti şirkətilə əlbir olub və həyat yoldaşımın iştirakıyla alınan 4 binalıq sahədə ev tikib. Həmin binadakı mənzilləri hazırda cəmiyyətin üzvü olan və olmayan vətəndaşlara satırlar. Xanlar özünə düşən evin pulunu da 1993-cü ildə köçürüb. Əlimizdə banka aid və digər vacib sənədlər var. Lakin həyat yoldaşıma düşən evi başqa vətəndaşa satıblar. Qardaşım Kamil Sadıqov 1994-cü ildə Kəlbəcərdə gedən döyüşlərdə şəhid olub. Bir şəhid bacısı kimi sizdən xahiş edirəm, ailəmizin hüquqlarının bərpa olunmasına kömək edin. 5 nəfər ailə üzvümüz kimlərinsə evində müvəqqəti sığınacaq tapıb. Xahiş edirəm, düşdüyümüz vəziyyətin araşdırılmasına və hüquqlarımızın bərpa olunmasına yardım edin".
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər