BolgeXeber.Com » Xəbərlər » AMEA-nın işçisi ev növbəsinə görə özünü doğradı - Dəhşət - YENİLƏNDİ

AMEA-nın işçisi ev növbəsinə görə özünü doğradı - Dəhşət - YENİLƏNDİ

6-08-2015, 13:42
Oxunub: 3 380 AMEA-nın işçisi ev növbəsinə görə özünü doğradı - Dəhşət - YENİLƏNDİlmi işçi akademiyanın qapısının önündə damarlarını kəsib

Azərbaycan Milli Elmlər Akademiyası akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun əməkdaşı Bədəlli Məğrub Ağamalı oğlunun intihara cəhd etməsi ilə bağlı açıqlama yayıb. Lent.az-a daxil olan açıqlamada bildirilir ki, M.Bədəlli və onun həyat yoldaşı Bədəlli İradə Fərrux qızı AMEA-nın yeni inşa edilməkdə olan yaşayış binasından əsassız tələblərlə mənzil əldə etmək üçün Azərbaycan Milli Elmlər Akademiyasının rəhbərliyinə, eləcə də respublikanın rəhbər orqanlarına çoxsaylı müraciətlər edib. AMEA-nın Rəyasət Heyəti aparatının İşlər idarəsi sözügedən şəxsin müraciətlərini nəzərə alaraq onun ailəsinin yaşayış şəraitini öyrənmək məqsədilə araşdırma aparıb. AMEA tərəfindən bu məqsədlə Nizami və Nərimanov rayon icra hakimiyyətlərinə sorğu məktubları göndərilib. Nəticədə məlum olub ki, M.Bədəllinin mülkiyyətində bir neçə mənzil var. Belə ki, M.Bədəlliyə 1988-ci ildə Nizami rayon İcraiyyə Komitəsi tərəfindən Nizami rayonunda, Babək prospekti, ev 71 ünvanında, kooperativ evdə yaşayış sahəsi 28.82 kv.m, ümumi sahəsi 47 kv.m olan 2 otaqlı mənzilə order verilib və hazırda həmin binada yaşayır. Bundan başqa, M.Bədəllinin əlil olduğunu nəzərə alaraq, 2009-cu ildə 4 nəfərdən ibarət ailəsinə Nərimanov rayonu, Ə.Rəcəbli küşəsi, ev 46 ünvanında, yaşayış sahəsi 38.4 kv.m, ümumi sahəsi 70.1 kv.m olan daha 2 otaqlı mənzil verilib. Həmçinin o, Babək prospekti ev 71 ünvanında, mənzili yerləşən binanın qarşısında, 1-ci mərtəbəsi qaraj olan 2 mərtəbəli ev inşa etdirib.

AMEA tərəfindən M. Bədəllinin müraciətlərinə dəfələrlə baxılmasına və məsələ ilə bağlı ona ətraflı izahatlar verilməsinə baxmayaraq, ərizəçi onun ailəsinə təcili mənzil ayrılması tələbini irəli sürür.

Sonuncu müraciətlərində isə o, özünün intihara sürüklənməsi iddiası ilə dəfələrlə Akademiya rəhbərliyini hədələyib.

31 iyul 2015-ci il tarixdə M.Bədəlli AMEA-nın Rəyasət Heyəti binasının qarşısında intihara cəhd edərkən Səbail Rayon Polis İdarəsi 9-cu Polis Bölməsi tərəfindən bölməyə aparılıb və dilindən izahat alınaraq sərbəst buraxılıb.

***

10:41

Bakıda intihara cəhd olub. Lent.az-ın əldə etdiyi məlumata görə, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Neftkimya Prosesləri İnstitunda elmi işçi vəzifəsində çalışan 1956-cı il təvəllüdlü Bədəlli Məğrub Ağamalı oğlu qolundakı damarları kəsib. 59 yaşlı M.Bədəlli akademiyanın giriş qapısında özünə xəsarət yetirib və daha sonra təcili tibbi yardım maşını ilə 3 saylı təcili tibbi yardım stansiyasına aparılıb.

İlkin araşdırmalar nəticəsində məlum olub ki, M.Bədəlli AMEA-dan ev tələb edir. O, bildirib ki, növbəyə yazılsa da, ona hələ də ev verilməyib.

Qeyd edək ki, damarını doğrayan şəxsin adı bir sıra qalmaqallı məsələlərdə hallandırılır. M.Bədəlli bir sıra dövlət təşkilatlarını və nazirlikləri məhkəməyə verib.
Bolgexeber.com