AZAL: Bakı-Moskva təyyarəsində bomba olmayıb
6-08-2015, 14:28
Oxunub: 4 139
Moldova vətəndaşı olan xanım Anjela Girvik adlı sərnişin bu xəbəri digər sərnişinlər və təyyarənin şəxsi heyəti arasında yayıb
Polis məlumat yaydı.
Bu gün saat 10:40-da yerinə yetirilməsi planlaşdırılan Bakı-Moskva aviareysinin təxirə salınmasının səbəbi təyyarədəki baqajların birində bomba olması ilə bağlı sərnişinlərdən birinin xəbərdarlıq etməsi ilə bağlıdır.
Bolgexeber.com xəbər verir ki, bu barədə "Report"a Heydər Əliyev Hava Limanındakı növbətçi polis əməkdaşları məlumat verib.
Məlumata görə, Moldova vətəndaşı olan xanım Anjela Girvik adlı sərnişin bu xəbəri digər sərnişinlər və təyyarənin şəxsi heyəti arasında yayıb.
Qeyd edək ki, həmin şəxs artıq hava limanındakı polis bölməsinə aparılıb və dindirilir.
Artıq təyyarənin yük yerində olan baqaj da boşaldılıb. Hər bir sərnişin sahib olduğu baqaja yaxınlaşaraq hüquq-mühafizə orqanlarına yükün içini təqdim edir, prosesə xüsusi təlim keçmiş itlər cəlb olunub.
Xatırladaq ki, bu gün saat 10:40-da Bakıdan Moskvaya uçmalı olan "Azərbaycan Hava Yolları" (AZAL) QSC-yə məxsus "Airbus-320" təyyarəsində gecikmə olub.
Qeyd edək ki, yoxlama başa çatıb, sərnişinlərə təhlükənin sovuşduğu bildirilib və artıq təyyarə havaya qalxaraq marşrut üzrə reysini yerinə yetirir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər