BolgeXeber.Com » Xəbərlər » “Qəbələ”nin azarkeşləri polislərlə əlbəyaxa oldular - VİDEO

“Qəbələ”nin azarkeşləri polislərlə əlbəyaxa oldular - VİDEO

7-08-2015, 10:58
Oxunub: 3 426 “Qəbələ”nin azarkeşləri polislərlə əlbəyaxa oldular - VİDEO General polislə azarkeşlərin davasından danışdı

“Qəbələ”-“Apollon” qarşılaşmasında baş verəcək gərginliyi biz gözləyirdik. Bu barədə bizi xəbərdar etmişdilər. Qonaqlar öz təhlükəsizliklərinin təmin olunması üçün bizə müraciət etmişdi. Çünki ilk oyunda nələr baş verdiyini hamımız bilirdik”.

Bolgexeber.com xəbər verir ki, bu sözləri “Qafqazinfo”ya Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini, general-mayor Səhlab Bağırov deyib.

Onun sözlərinə görə, axşam stadionda azarkeşlərin polis tərəfindən döyülməsi ilə bağlı yayılan xəbərlər həqiqətə uyğun deyil:

“Polis kimisə döyərək həbs etməyib. Oyun bitdikdən sonra azarkeşlər özlərini həddindən artıq çılğın aparıblar. Qonaq komandanın azsaylı azarkeşlərinə qarşı xoşagəlməz ifadələr səsləndiriblər. Getdikcə gərginliyin artmasından ehtiyatlanan polis müdaxilə etmək məcburiyyətində qalıb və sakitləşdirici tədbirlər həyata keçirib”.

Səhlab Bağırov bildirib ki, axşam azarkeşlərin yersiz çılğınlığı və futbola aid olmayan şüarlar səsləndirmələri polisin xidməti vəzifəsini yerinə yetirməsinə maneə yaradıb:

“Amma bütün hallarda axşamkı oyunda heç kim həbs edilməyib. Sadəcə prosesin daha da kəskin şəkil almaması üçün önləyici tədbirlər görülüb”.

01:21

“Qəbələ” və “Apollon” oyununda polis ilə azərkeşlər arasında qarşıdurma baş verib.

Polis azərkeşlərin Kipr komandasına qarşı səsləndirdiyi şüarlardan narazı qalıb. Nəticədə fanatlarla polislər arasında dava baş verib.

İnsident zamanı “Qəbələ”nin azərkeşləri xəsarət alıblar.