Qazaxda saxta sənəd qalmaqalı - Məhkəməyə şok ittiham
7-08-2015, 17:19
Oxunub: 4 906
Rayonda Şahmat məktəbinin müdiri olan Tahir Novruzov saxta sənədlərlə Güllü Novruzovaya məxsus kiçik müəssisənin ərazisini ələ keçirib
Qazax rayonunun Çaylı kənd sakini Novruzova Güllü Haqverdi qızı Arqument.az-a yazır ki, 1989-cu ildə ozamankı Rayon İcraiyyə Komitəsinin sərəncamı ilə kiçik müəssisə yaradıb. Rəsmi sənədlərlə götürdüyü ərazidə restoran tikib, balıq yetişdirmək üçün göl yaradıb.
Güllü Novruzova həyat yoldaşı Abbas Novruzov ilə birgə həmin ərazidəki "Gölabbas”da "Qızıl Balıq” kooperativi yaradıb və uzun illər fəaliyyət göstəriblər. Erməni işğalçılarının açdığı atəş nəticəsində Novruzovların müəssisəsinə xeyli ziyan dəyib. Amma onlara ən böyük ziyan qonşuluqda yerləşən Ət Kombinatının sahibi Tahir Novruzovdan dəyib.
Rayonda Şahmat məktəbinin müdiri olan Tahir Novruzov saxta sənədlərlə Güllü Novruzovaya məxsus kiçik müəssisənin ərazisini ələ keçirib. Sonda mübahisəyə baxan Qazax Rayon Məhkəməsi Tahir Novruzovun "əlinə baxaraq” qanunsuz qərar qəbul edib.
Hazırda hər iki tərəf arasında münaqişə davam edir. Tahir Novruzov ərazinin həqiqi sahibi olan Güllü Novruzovanı qanuni obyektinə buraxmır. Hətta Güllü Novruzovanın nəvəsinə deyir ki, sənin başını kəsib gölə ataram.
Güllü Novruzova yazır ki, Tahir Novruzovun qardaşı Nemət Novruzov qəzetlərin birində müxbir işlədiyi üçün mənim səsimin ictimaiyyətə çatmasına imkan vermir.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər