Kooperativlərdə xərac necə yığılır?
8-08-2015, 11:38
Oxunub: 4 498
Vətəndaş yaşadığı mənzilə görə kommunal haqq ödəməlidir. Əgər ödəmirsə, həmin MMC və ya kooperativ onu məhkəməyə verə bilər
Bu sözləri axar.az-a hüquqşünas Müzəffər Baxışov MMC və kooperativlərin mənzillərin sahəsinə görə vətəndaşlardan kommunal haqq alması barədə danışarkən bildirib. Onun sözlərinə görə, MMC-lər və kooperativlər bu qaydanı özləri tətbiq edir: “Vətəndaşların yaşadıqları mənzilin sahəsinə görə kommunal xərci ciddi problemdir. Bununla bağlı əvvəllər icra hakimiyyətləri qərarlar qəbul etmişdi ki, mənzillərdən sahə haqqı alınsın. Ancaq sonradan Konstitusiya Məhkəməsi bu qərarı ləğv etdi”.
Hüquqşünasın sözlərinə görə, Nazirlər Kabinetinə bununla bağlı qərar qəbul etməsi üçün tövsiyələr verilib: “Nazirlər Kabineti də dövlət və ictimai mənzil fondunda olan evlərdən haqq tutmaqla bağlı 2000-ci ildə qərar qəbul etdi. Bu haqqı vətəndaşlardan MİS-lər yığır. Bunun üçün MİS-lərin müqaviləsi olmalıdır. MMC və kooperativlər isə bu qaydaları özləri tətbiq edir. Bu qaydalar hər MMC-nin özünün qəbul etdiyi qərara əsasən müəyyənləşir”. M.Baxışovun sözlərinə görə, vətəndaş kommunal ödənişi mənzilə köçdükdən sonra etməlidir: “Ola bilər ki, mənzil alındıqdan sonra bir neçə il orada heç kəs yaşamadı və heç təmir işi də aparılmadı. Bu müddət ərzində heç kəs ondan kommunal haqq tələb edə bilməz. Yox, əgər mənzildə alınan gündən sonra təmir işləri başlayıbsa, artıq pul ödənməlidir. Çünki təmir zamanı liftdən istifadə edilir və mənzildən tullantılar çıxarılır. Zibillərin atılmasını da MMC həyata keçirdiyi üçün kommunal haqqın ödənməsi mütləqdir”.
Xatırladaq ki, bəzi tikinti kooperativləri mənzil alan vaxtdan etibarən sahə üzrə kommunal haqqın yığımına başlayır.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər