BolgeXeber.Com » Xəbərlər » “Bank Standart”da soyğunçuluq - “Bank 45 min kreditin əvəzində 98 min manat pul tələb edir”-Şikayət

“Bank Standart”da soyğunçuluq - “Bank 45 min kreditin əvəzində 98 min manat pul tələb edir”-Şikayət

11-08-2015, 11:15
Oxunub: 4 228 “Bank Standart”da soyğunçuluq - “Bank 45 min kreditin əvəzində 98 min manat pul tələb edir”-ŞikayətMilliyyətcə rus olan Svetlana Pavlovna Məhəmmədova prezidentdən kömək istəyir

Bolgexeber.com xəbər verri ki, vətəndaş musavat.com-a ünvanladığı məktubunda S.Məhəmmədova yazır ki, insanlara inamının qurbanı olub. “Bank Standart”ın soyğunçuluq siyasəti isə onu intihar həddinə çatdırıb.

S.Məhəmmədova yazır ki, başına gələnlərin ardıcıllığı belə olub: “Xalidə Sərvər qızı Məlikova ilə çoxdan tanış idik.
Yay aylarında onun Mərdəkandakı bağ evində anası Firuzə ilə birlikdə dincəlirdik. Xalidənin əri Tofik Məlikov neçə illər DİN də "OBXSS" deyilən bir qurumda çalışmışdı. Təmiz bir ailə ilə münasibətdən çox razı idim".

S.Məhəmmədova yazır ki, X.Məlikovanın qızı və nəvələri Amerikada yaşayırlar: “Kürəkəni demək olar ki, hər həftə onlara pul göndərirdi. Bir gün Xalidə Amerikaya getmək niyyətində olduğunu bildirdi.
Dedi ki, bağı bankda girov qoyulub, ölkədən çıxa bilmir, bağını girovdan çıxarmağıma yardimçı olmağıma xahiş etdi. Qızı və kürəkənindən utandığı üçün bu barədə onlara heç nə demədiyini açıqladı.
Dedi ki, evimi banka girov qoyub götürdüyü pulun bir hissəsini bağını girovluqdan azad etməyə sərf edəcək, qalan hissəsinə isə oranı təmir edib bağı satacaq.
Əldə etdiyi pulla isə mənim evimi girovluqdan çıxaracaq və Amerikaya gedəcək. Ona son dərəcə inandığıma görə bu işə razı oldum”.

S.Məhəmmədova yazır ki, X.Məlikova onun evini girov qoymaqla “Bank Standart”dan 45 min 500 manat kredit alıb. Hər ay 2 min manat olmaqla banka bir müddət kredit ödəyib. Sonradan isə X.Məlikova ondan gizlənməyə və bankın kreditlərini ödəməməyə başlayıb:
“Günlərin birində bağın qapısının ağzına gələndə orada bir neçə nəfəri gördüm. Dedilər ki, Xalidə Məlikova bağı satıb, özü də qaçdığına görə axtarışa verilib. Məlum oldu ki, Xalidə mənim kimi bu adamların da evlərini, qızıllarını girov qoymaqla bankdan kredit götürüb.
Qapıda olanlar dedilər ki, Xalidə Məlikova ölkədən çıxa bilməyəcək, çünki barəsində cinayət işi başlayıb, barəsində axtarış elan olub. Əgər sərhədə getsə, orada dərhal həbs olunacaq.

Sonradan bildim ki, onun barəsindəki axtarış işi 1 günlük dayandırılıb, Xalidə Məlikova Amerikaya uçub gedib və növbəti gün yenidən axtarış işi bərpa olunub.

Hazırda Xalidə Məlikova İnterpol xətti ilə axtarışdadır. Onun Amerikadakı ev ünvanını da tapmışam, İnterpola zəng edib deyirəm, cavab verirlər ki, Xalidə Məlikova gəlsə onu tutacağıq”.

S.Məhəmmədova deyir ki, bundan sonra “Standart bank”a kredit götürülən 45 min 500 pulun əvəzinə 48 min manatdan yuxarı pul ödəyib. Bank isə faizləri hesablamaqla bu məbləği 98 min manata çatdırıb:

“Bankın sədr müavini Nərgiz xanım məni qəbul edib "faizləri yalnız məhkəmə və bank sədrinin özü ləğv edə bilər" dedi. Dünyanın harasıdır ki, 45 min kreditə görə 98 min alırlar? Belə də soyğunçuluq olar?
Vəziyyətimi danışıb evdən çıxarıldığım təqdirdə bu qoca vaxtımda küçələrə düşməli olduğumu söylədim.
Ondansa ölməyi üstün tuturam. Müavinə də dedim ki, əgər evdən çıxarılsam bankın qarşısında özümü yandıracağam. Müavini deyir ki, bu məsələni yalnız sədr həll edə bilər. Sədr isə heç kimi qəbul etmir. Bank məni məhkəməyə verib evdən çıxarılmağımı tələb edir.
Artıq birinci instansiya bankın xeyrinə qərar çıxarıb. Avqustun 11-də Apelyasiya Məhkəməsi olacaq.
Allaha dua edib bu müddət ərzində prezidentimizdən və onun xanımı Mehriban Əliyevadan kömək gözləyirəm. Məni üzləşdiyim bu faciədən onlar qurtara bilərlər".