BolgeXeber.Com » Xəbərlər » Xətainin icra başçısı Razim Məmmədovun xüsusi dizayna malik 25 metrlik "Galeon" yaxtası var?

Xətainin icra başçısı Razim Məmmədovun xüsusi dizayna malik 25 metrlik "Galeon" yaxtası var?

11-08-2015, 12:23
Oxunub: 5 448 Xətainin icra başçısı Razim Məmmədovun xüsusi dizayna malik 25 metrlik "Galeon" yaxtası var?Oliqarxların "bəsini vurmuş" yaxta yarışmasına indi də icra başçıları və orta ranqlı məmurlar da qoşulur


Hələ bir neçə il öncə Azərbaycanda yaxta əldə etməyin uzaq və həyata keçirilməsi illərlə kabinet "bazarlığı"na başı qarışmış geniş məmur kütləsi üçün bəlkə də mümkünsüz sayılırdı.Lakin artıq elə bir zaman yetişib ki, özünə belə dəbdəbəni rəva bilənlər kifayət qədər vəsaiti qorxu-hürküsüz xərcləməkdən belə çəkinmir. Bəzi məmurlar isə hətta öz təmtəraqlı həyatını imkan daxilində reklam etməyi də unutmur. Əhalinin böyük bir qisminin problemlər içində yaşadığı indiki şəraitdə bunun nə demək olduğunu izah etməyə lüzum görmürük. Hər halda, düşünmək olar ki, aidiyyəti dövlət nəzarəti strukturları belə məqamları diqqətdən qaçırmır. Ölkədə vəzifəli şəxslərin gəlir bəyannamələri ilə bağlı qanunvericiliyn tətbiqi məsələlərində Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin müəyyən işlər apardığını nəzərə alsaq, hər şeyin hər kəs üçün şəffaf olacağı ümidiylə gələcəyə baxa bilərik. Ola bilsin, kreslosunu mamır basmış bir sıra məmurlar qanunsuz topladığı sərvətin də legitim xərclənməsi üzərində paralel iş aparır. Ona görə də, çoxları kimi biz də bu sahədə mövcud qanunun tətbiqindən öncə bütün vəzifəli şəxslərə amnistiya verilməsinin tərəfdarıyıq.Baxmayaraq ki, istənilən halda,dövlət məmuru əldə etdiyi daşınar və ya daşınmaz əmlakın hesabatını gec-tez verməli olacaq. Əldə etdiyimiz məlumata görə, Azərbaycanda icra başçılarından yaxta sahibi olan bir neçə nəfərin adı hallanır. Onların arasında Bakının Xəzər dənizi sahillərinə çıxışı olan Səbail və Xətai rayonlarının rəhbərləri Asif Əsgərov və Razim Məmmədovun adları hallanır. Bildirilir ki, Asif Əsgərov ailəlik "Princess 52" markalı motorlu yaxta əldə edib. Bununla bərabər qeyd edilir ki, başçı yaxın çevrəsi arasında belə yaxta sahibi olduğunu qəti şəkildə inkar edir. Xətainin icra başçısı Razim Məmmədovun da şəxsi yaxtaya malik olması xəbəri isə onu dəniz gəzintisində müşayiət edən yaxın adamının dilindən səslənib. Məlumata görə, Razim Məmmədovun xüsusi dizayna malik 25 metrlik "Galeon" yaxtası analoji modellər arasında seçilir. İcra başçısının Xətai rayonu ərazisində yaxtası üçün liman tikdirdiyi barədə də məlumat var. Maraqlıdır ki, heç bir mənbədən Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun yaxta əldə etməsi barədə hər hansı dürüst məlumat əldə edə bilmədik. Bundan əlavə, İmişlinin icra başçısı Vilyam Hacıyevin də oğlu üçün yaxta əldə etdiyi barədə xəbər vermişdik.Başqa bir xəbərdə isə sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun öz yaxtasını tanınmış millət vəkillərindən birinə satması əksini tapıb. Hazırda xəbərin doğruluğunu dəqiqləşdirməkdəyik. Qeyd edək ki, bəzi icra başçıları ara-sıra Bakı Yaxta klubunda başqa adlarla yaxta kirayə edirlər. Adlarının gizli saxlanması şərtilə övladlarını xüsusi yaxta sürücülük kurslarına cəlb edən məmurlar da az deyil. Qeyd edək ki, bu məmurların vəzifəsi ilə vidalaşacağı təqdirdə haçansa ölkəni tərk edərək dünyanın seçdiyi cənnət məkanlarından hansındasa firavan ömür sürmək imkanı həmişə var. Var olmayan isə, qanını sorduğu xalqın problemlərinə qarşı həssas məmur münasibətidir...

Qarşı tərəflər öz münasibətlərini bildirə bilərlər.
gundelik-baku.com