BolgeXeber.Com » Xəbərlər » Deputatın köməkçisi qəzada öldü-Azərbaycanda-FOTO,VİDEO

Deputatın köməkçisi qəzada öldü-Azərbaycanda-FOTO,VİDEO

11-08-2015, 14:20
Oxunub: 3 286 Deputatın köməkçisi qəzada öldü-Azərbaycanda-FOTO,VİDEOBu gün səhər saatlarında Ələt-Astara avtomobil yolunun Xıdırlı yolötürücüsü yaxınlığında ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Virtualaz.org saytının Şirvan bürosunun əldə etdiyi məlumata görə, Bakıya qarpız aparan “QAZel” markalı yük avtomaşını ilə “Opel” markalı avtomaşının toqquşması nəticəsində yük maşını idarəetməni itirərək aşıb. Nəticədə “Opel”in sürücüsü aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Onun biri uşaq, digəri qadın olmaqla iki sərnişini isə yaralı halda Ələt qəsəbəsindəki hospitala aparılıb.

Morqdan verilən məlumata görə, qəzada ölən şəxs Salyan şəhər sakini, 1958-cü il təvəllüdlü Həsənov Həsənbala Həbib oğludur. H.Həsənov deputat Fəzail Ağamalının köməkçisidir.
Bolgexeber.com

Deputatın köməkçisi qəzada öldü-Azərbaycanda-FOTO,VİDEO
Deputatın köməkçisi qəzada öldü-Azərbaycanda-FOTO,VİDEO
Deputatın köməkçisi qəzada öldü-Azərbaycanda-FOTO,VİDEO