BolgeXeber.Com » Xəbərlər » Öldürülən jurnalistin baş redaktoru Cavid Hüseynovu qudurğan adlandırdı...

Öldürülən jurnalistin baş redaktoru Cavid Hüseynovu qudurğan adlandırdı...

11-08-2015, 19:08
Oxunub: 4 705 Öldürülən jurnalistin baş redaktoru Cavid Hüseynovu qudurğan adlandırdı..."Bu hadisə əslində qudurğanlığın, dərəbəyliyin nəticəsidir"


Ann.az saytının müxbiri Rasim Əliyev bir neçə gün bundan əvvəl döyülərək öldürülmüşdü.

Hadisə ilə bağlı cinayət işi açılıb və araşdırmalar aparılır.

Femida.az qaranlıq qalan məqamlara aydınlıq gətirmək üçün Rasim Əliyevin çalışdığı Ann.az-ın baş redaktoru Zahir Əzəmət ilə əlaqə saxlayıb. Baş redaktor inayətin törədilməsində Cavid Hüseynovun əli olduğunu vurğulayıb:

"Bu hadisə əslində qudurğanlığın, dərəbəyliyin nəticəsidir. Bu dəhşətli cinayətdir. Susqunluğumuz müəyyən işlərlə məşğul olmağımızla bağlıdır. Biz çalışırıq ki, dövlət bu işə müdaxilə etsin. Boş-boş bəyanatlarla yox, əməli işlərlə məşğul olsunlar ki, Rasim kimi təmiz bir oğlanın qanı yerdə qalmasın. Dövlətin reaksiyasını elə ilk andaca hiss etdik. Amma hesab edirik ki, Rasimin ölümündə məsuliyyətsiz həkimlərdən tutmuş, hadisəni birbaşa təşəbbüskarı olan Cavidə qədər günahı olan hər kəs cəzalandırılmalıdır".

"Dünənki xidmətlər bugünkü cinayətlərə haqq qazandırmır" - deyə Zahir Əzəmət münasibət bildirdi:

"Cavid Hüseynov bir həftə idi ki, həm ölkə miqyasında, həm də qlobal səviyyədə tərbiyəsziliklə məşğul idi. Əgər vaxtında klub səviyyəsində, AFFA səviyyəsində cəzasını alsaydı, hadisələr bu yerə gəlib çatmazdı. Bu həmin Cavid Hüseynovdur ki, Azərbaycan jurnalistlərinin qanını analiz etməyə çağırdı. Belə çıxır ki, Azərbaycanda yeganə türk Cavid Hüseynovdur. Guya ki, başqalarının damarında türk qanı axmır. Bu həmin Cavid Hüseynovdur ki, Azərbaycan-Yunanıstan münasibətlərini təhlükə altına atacaq jestlər etdi. İlk günlər əllərində bayraq etdilər ki, Cavid şəhid oğludur. Lakin, nəzərə alaq ki, dünənki xidmətlər bugünkü cinayətlərə haqq qazandırmır. Gərək, insan bu qədər qudurğan olmasın. Cavidə layiqli cəza verilməlidir. Bununla görk olmalıdır ki, bizim cəmiyyətdə idmançılar heç də ali təbəqəni formalaşdırmır. İdmançılar özlərini ən ali təbəqə hesab edirlər. Mahmud Qurbanov jurnalistlərə hücum çəkdi, onları zədələdi, lakin, cəza almadı. Araz Abullayev maşını ilə insan öldürdü, lakin cəzalandırılmadı. İndi də Rasimin qətli. Düşünürəm ki, bu hadisələrə son qoyulmalıdır. Əgər, bir futbolçudan nəsə yaza bilməyəcəyiksə, biz o medianın 140 illiyini niyə qeyd eləyək? Onda qəbul edək ki, bizdə jurnalistika yoxdur. Sadəcə, olaraq divar qəzetlərinin çapı ilə məşğuluq. Lakin, Azərbaycanda media da var, jurnalist də var, hətta öldürülən jurnalist də var".

"Arzusu evini təmir edib ailə həyatı qurmaq idi" deyən Zahir Əzəmət aşağıdakı fikirləri vurğuladı:

"Rasimin məqsədi jurnalistin etdiyi hərəkəti tənqid etmək idi. Rasimlə futbolçu arasında olan yazışmalardan xəbərimiz yox idi. Əgər hədələrdən xəbərimiz olsaydı, müvafiq orqanlara müraciət edərdik. Biz Rasim döyüləndən sonra hadisələrdən xəbərdar olduq. Rasim evin tək oğlu idi və bir bacısı var idi. O, kasıb bir ailənin üzvü idi və Bayıl qəsəbəsində qalırdılar. Rasim bir qızla nişanlı idi. Arzuları var idi ki, evlərini təmir edib ailə həyatı qursun. Rasim istedadlı, zəhmətkeş, vicdanlı jurnalist idi. Belə bir jurnalisti itirmək təkcə bizim üçün yox, hamı üçün çox sasıdıcı oldu".
Bolgexeber.com