Etibar Pirverdiyevin tikdirdiyi otel əlindən alındı-FOTO
14-08-2015, 10:26
Oxunub: 2 394
"Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədri Etibar Pirverdiyevin daha bir obyektində işlər dayandırılıb
Aznews.az-ın məlumatına görə, onun Quba rayonu, Xınalıq yolunun üstündə məşhur “Qalaaltı” adlanan ərazidə (Küsnətqazma kəndi) inşa etdirdiyi nəhəng otel kompleksinin tikintisi yarımçıq saxlanılıb.
Ərazidə yaşayanların sözlərinə görə, obyekt sahibi vəzifəsini itirəndən bir müddət sonra əraziyə giriş bağlanıb, inşaat işlərinə son verilib: “Burada işlər çox sürətlə aparılırdı. Otel kompleksinin tez ərsəyə gəlməsi üçün bir neçə briqada çalışırdı. Lakin Etibar Pirverdiyev vəzifəsini itirəndən sonra işlər tamamilə dayandırıldı. Artıq xeyli müddət idi ki, burada heç kim olmurdu. Son günlər isə əvvəllər burada görmədiyimiz, tanımadığımz insanlar baxış keçirirlər. Deyilənə görə, otel başqasının əlinə keçib”.
Qeyd edək ki, E. Pirverdiyevin müxtəlif rayonlarda otel və restoran şəbəkələri olub. Əslən Qusar rayonundan olan keçmiş ASC sədri özünün biznes imperiyasını əsasən şimal rayonlarında, xüsusən Qubada cəmləşdirmişdi.
Adı vəzifə səlahiyyətlərini aşmaqda, ciddi korrupsioner əməllərdə hallanan Pirverdiyevin səlahiyyətləri cari ilin fevralında Prezidentin “Bakıelektrikşəbəkə”nin adının dəyişdirilməsiylə bağlı imzaladığı sərəncamdan sonra əlindən alınıb.
Bolgexeber.com


Çox Oxunanlar
- 7-04-2021, 11:43 : Səlim Müslümov daha bir vəzifəsini itirdi - Yeni təyinat
Xəbərlər
- 7-04-2021, 11:53 : Cəlilabad meşələrində əkilən qoz bağlarına kimlər göz dikib-ŞİKAYƏT(VİDEO)
Gündəm
- 9-04-2021, 17:03 : Malik Həsənov: Dağlıq Qarabağ münaqişəsi öz həllini tapıb
Siyasət
- 7-04-2021, 11:31 : Vətəndaşların 3.2 milyon manatını mənimsəyən xanım direktor HƏBS EDİLDİ
Xəbərlər
- 17-03-2021, 12:24 : Bakı Apelyasiya Məhkəməsindən Ata Abdullayevlə bağlı QƏRAR
Siyasət
- 17-03-2021, 17:53 : Malik Həsənov: Zəfərimiz bu gün dünyanın aparıcı ali məktəblərində öyrənilir
Siyasət
- 4-04-2021, 14:40 : Azərbaycanda rüşvət alan rəis belə həbs olundu - ANBAAN VİDEO
Xəbərlər
- 22-03-2021, 16:22 : Zirəddindən Azərbaycanla bağlı ŞOK PROQNOZLAR - Koronavirus, zəlzələ və... - VİDEO
Xəbərlər
- 17-03-2021, 11:37 : Arzu Rəhimovun Göyçaydakı adamı ittiham olunur - MÜRACİƏT
Gündəm
- 17-03-2021, 11:14 : Marşrut avtobusları 9 gün işləməyəcək? (AÇIQLAMA)
Sosial